“Sovet rəhbərlərinin xəyanəti nəticəsində..." - Zərdüşt Əlizadə
Bizi izləyin

Nida.az

“Sovet rəhbərlərinin xəyanəti nəticəsində..." - Zərdüşt Əlizadə

“Sovet rəhbərlərinin xəyanəti nəticəsində..." - Zərdüşt Əlizadə

Rusiya prezidenti Vladimir Putin martın 12-də Krım Tatar Məclisinin qurucusu, Ukrayna parlamentinin deputatı Mustafa Krımoğlu ilə telefon söhbətində Ukraynanın 1991-ci ildə müstəqilliyini elan etməsinin SSRİ-dən çıxmaq prosedurlarına bir o qədər də uyğun olmadığını bildirib.

Politoloq Zərdüşt Əlizadə “Media forum”a açıqlamasında bu məsələyə toxunaraq deyib ki, SSRİ Konstitusiyasında müttəfiq respublikanın ittifaqdan çıxa bilməsi haqqında maddə olsa da, onun mexanizmlərini, proseduranı təsvir edən hüquqi addımlar atılmamışdı. Prinsip kimi deklarasiya yürüdülmüşdü. Sonra isə sovet rəhbərlərinin xəyanəti nəticəsində SSRİ dağılmağa başladı.

Putinin Ukraynanın SSRİ-dən düzgün çıxmadığını bəyan etməsi “it əl çəkdi, motal əl çəkmədi” məsəlini yada salır. SSRİ faktiki olaraq dağılırdı. Prezident Mixail Qorbaçovun devrilməsinə uğursuz cəhddən sonra bütün respublikalar bir-birinin ardınca müstəqillik bəyannamələri qəbul etməyə başladı. Sovet respublikalarından ən sonda Qazaxıstan 1991-ci il dekabrın sonunda SSRİ-dən çıxmaq haqda qərar qəbul etdi. Elə həmin ay Mixail Qorbaçovun istefasından sonra SSRİ yox oldu. Daha əvvəl isə SSRİ parlamenti öz fəaliyyətinə xitam vermişdi. Yəni ittifaq tədricən, addım-addım dağılırdı. Özü də yuxarıdan, Moskvadan.

Həyat özü, məsələlərin axarı ona gətirib çıxardı ki, SSRİ dağılmağa başladı. Rəhbərləri xain, satqın, oğru, rüşvətxorlar olan ölkənin gələcəyi yoxdur. SSRİ məhz belə bir dövlət idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm