Sterliqov yenidən Qarabağa qayıdır: “Mənim orada şərikim var”
Bizi izləyin

Nida.az

Sterliqov yenidən Qarabağa qayıdır: “Mənim orada şərikim var”

Haqqında cinayət işi qaldırıldığı üçün Moskvaya qayıdan rusiyalı iş adamı German Sterliqov Dağlıq Qarabağa geri dönməyə hazırlaşır.


Publika.az xəbər verir ki, Dağlıq Qarabağa qanunsuz köçən və Azərbaycanın işğal edilmiş ərazilərində biznes fəaliyyətinə başlayan rusiyalı milyonçu Moskvada “İnterfaks” agentliyinə açıqlamasında bu barədə bildirib.


“Biz öz vətənimizə gəldik. Lakin bu o demək deyil, Dağlıq Qarabağa qayıtmayacağıq. Ora bizim üçün indi doğma evimiz kimidir”, - deyə o qeyd edib.

Sterliqov vurğulayıb ki, Qarabağda kiçik təsərrüfat yaradıb və bu yerli əhaliyə (Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülən erməniləri nəzərdə tutur – red.) kömək edir: “Bizim orada təsərrüfatımız var. Daş dəyirmanını qurmuşuq və un istehsal edirik. Bundan başqa, mənim orada şərikim də var. Ona görə də planlarımızdan imtina etməmişik. Mənim böyük övladlarım orada təsərrüfata nəzarət edəcəklər və mən ora gedəcəm”.


Qeyd edək ki, Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz şəkildə gedərək orada məskunlaşdığı üçün Azərbaycan tərəfindən İnterpolun axtarışına verilən German Sterliqov avqustun 31-də Moskvanın Domodedovo aeroportunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətdən sonra buraxılıb. Azərbaycanın Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin istintaq-əməliyyat qrupu German Sterliqovun təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub. Lakin Sterliqov azərbaycanlı müstəntiqlərin suallarını cavablandırmaqdan imtina edib.


G. Sterliqovun Dağlıq Qarabağa köçməsi haqqında informasiya 6 iyulda yayılıb. Rusiyalı biznesmen Azərbaycan tərəfindən iyulun 29-da İnterpolun axtarışına verilib. İyun ayında Dağlıq Qarabağa gedən Sterliqov Azərbaycan sərhədlərini qanunsuz keçmək və dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur. Bundan əvvəl isə - iyulun 10-da biznesmen və həyat yoldaşı Azərbaycan tərəfindən “arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Biznesmen iyulun 13-də Şuşada mətbuat konfransı keçirib. Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini deyən Sterliqov qeyd edib ki, hər şey “Adəmdən Putinə qədər” tarix kitabının nəşrindən sonra dəyişib. O, bu kitabının nəşrindən sonra hakimiyyətdəki dostlarının ona münasibətinin dəyişdiyini, ondan üz döndərdiklərini deyib. Sterliqov, nəhayət, etiraf edib ki, Rusiyadan qaçmasına səbəb onun barəsində aparılan cinayət təqibləridir.

“Əvvəlcə mənim ünvanıma təhdidlər başladı, uşağımı oğurlamağa cəhd etdilər. Ancaq bunlar xırda hücumlar idi” – biznesmen bildirib. KİV-in məlumatına görə, Sterlinqov Rusiya ərazisini tərk etməzdən əvvəl, fermer təsərrüfatındakı heyvanları və şəxsi avtoparkı satışa çıxarıb. O, Qarabağa qayıdaraq moda evi və müalicə məntəqəsi açacağını, kənd təsərrüfatı ilə məşğul olacağını dilə gətirib.


German Sterliqovun təhlükəli Qarabağ missiyası haqda bu linkdən oxuya bilərsiniz: (http://publika.az/p/103141).


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm