İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Makedoniya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev makedoniyalı həmkarı Gyorge İvanova təbrik məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Makedoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Makedoniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi və möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm