Nida.az
Əli Kərimlinin 20 gün vaxtı qaldı: AXCP-də üsyan hazırlığı
AXCP-nin qurultayı sentyabr 27-də keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə AXCP Rəyasət Heyətinin növbəti
iclasında qərar verilib.
İclasda partiyanın VI (IX) Qurultayına hazırlıq məsələsi müzakirə olunub. Qurultaya hazırlıqla əlaqədar yerli təşkilatlarda keçirilən hesabat-seçki konfransları barədə məlumatlar diqqətə çatdırılıb. Məlumat verilib ki, yerli təşkilatların əksəriyyətində qurultaya hazırlıq konfransları başa çatıb, yerli rəhbərliklər və qurultaya nümayəndələr seçilib.
Rəyasət Heyəti konfranslarla bağlı məlumatları nəzərə alaraq AXCP-nin VI(IX) Qurultayını sentyabrın 27-ə keçirməyə qərar verib. Qərara alınıb ki, göstərilən tarixdə partiya qurultayını Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirməyə şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunsun.
Qeyd edək ki, AXCP-nin növbəti qurultayda Müsavat Partiyasının
taleyi ilə üzləşəcəyinə dair ehtimallar yüksəkdir. Belə ki, hazırki
sədr Əli Kərimlinin getməsini istəyənlərin sayı artmaqda davam
edir. Bir müddət öncə Ə. Kərimli Razi Nurullayev və onun timsalında
onlarla cəbhəçini partiyadan uzaqlaşdırıb. Lakin AXCP-də hələ də
narazıların qaldığı haqda məlumatlar var.
“Narazılar hazırda səsini çıxarmır. Çünki qurultaydan öncə
etiraz etsələr digərləri kimi partiyadan uzaqlaşdırılacaqlar. Ona
görə də qurultay günün gözləyirlər və həmin gün narazılıqlarını
bildirərək, Əli Kərimlinin getməsini tələb edəcəklər. Bununla da
onu fakt qarşısında qoymuş olacaqlar”, - deyə AXCP-dəki
mənbə baş verənlər haqda Publika.az-a danışıb.
Məlumata görə, AXCP qurultayının indiyə qədər gecikdirilməsinin
səbəbi də Əli Kərimlinin narazıları partiyadan təmizləməsi ilə
bağlı olub.
Asif Nərimanlı
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom