Nida.az
Prezident: "Dünya böhranının əsas səbəbləri sabitliyin pozulması və siyasi maraqlardır" - YENİLƏNİR
Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir, xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıbdır. Həm Avropada, həm Asiyada iqtisadi tənəzzül müşahidə olunur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var: "Bu səbəbləri, əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu, bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu bacarırıq, uğurla bacarırıq, ölkəmizi qoruyuruq, ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik. Əlbəttə ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəbləri araşdırılacaq. Ancaq indi təhlil aparmaq üçün kifayət qədər informasiya var və biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır".
Prezident deyib ki, Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan həlak olub: "Xarici müdaxilə, qanlı toqquşmalar nəticəsində həlak olublar və bu müharibənin, bu toqquşmanın sonu görünmür. Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir. Post-sovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda siyasi və iqtisadi böhranlar hökm sürür".
Qarşıdurma meyilləri güclənir və postsovet məkanı, əlbəttə ki,
bizim qonşuluğumuzdur. Burada da - biz hamımız yaxşı görürük və
ictimaiyyət də bunu bilir - xarici müdaxilə öz rolunu oynayır və
bundan əziyyət çəkən yenə də günahsız insanlardır. İkinci Dünya
müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu,
Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir. Yüz minlərlə
qaçqın, hansı ki yenə də xarici müdaxilə nəticəsində qaçqın
vəziyyətinə düşmüş insanlar Avropaya üz tutub və sığınacaq tapmaq,
öz canını qurtarmaq üçün hal-hazırda böyük köç müşahidə olunur.
Yenə də demək istəyirəm ki, İkinci Dünya müharibəsindən sonra ilk
dəfədir ki, biz bu mənzərə ilə üzləşirik və əlbəttə ki, bu, böyük
humanitar fəlakətdir. İlk növbədə bu, ağır vəziyyətə düşən insanlar
üçün humanitar fəlakətdir. Və onlar bu humanitar fəlakətlə artıq
bir neçə ildir ki, üz-üzədir".
Prezidentin sözlərinə görə, əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır: "Ancaq bu gün bu insanların bir hissəsi Avropa qitəsinə üz tütüb, indi bütün Qərb mediası gecə-gündüz bu görüntüləri yayır və sanki insanları bu vəziyyətdə günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət ilk növbədə onların humanitar fəlakətidir".
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü