Naxçıvanda PKK təhlükəsi – ŞOK XƏBƏRDARLIQ
Bizi izləyin

Nida.az

Naxçıvanda PKK təhlükəsi – ŞOK XƏBƏRDARLIQ

“Naxçıvan sərhəd qapısına yaxın yerləşən İğdırda PKK Türkiyəyə daha 12 şəhid verdi. Məlumunuz olsun ki, İğdır bələdiyyə başqanı, oradan seçilən bütün millət vəkilləri HDP-dəndir və bu gün siyasi səbatsızlıq üzündən İğdırı kürd terrorçularına təslim edən AKP, MHP və CHP yönəticiləri utanc duymalıdırlar”.


Publika.az xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.


Onun sözlərinə görə, elə strateji bölgələr var ki, orada terrorçulara yol açmamaq üçün mütləq daha çox şansı olanların uzlaşması lazım idi.


“Əvvəllər yenə MHP heç olmazsa bir yer qazanırdı, bu dəfə onu da itirdilər. Bu uzlaşmanı Türkiyə və Azərbaycan naminə etmədilər, indi İğdırla yanaşı Naxçıvanın özü də təhlükədədir. Məncə, önümüzdəki illərdə Azərbaycan rəhbərliyi də bu məsələyə yönəlik ciddi tədbirlər görməyi düşünməlidir”, - deyə F. Mustafa vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm