MSK: 259 nəfər namizədliyini irəli sürüb
Bizi izləyin

Nida.az

MSK: 259 nəfər namizədliyini irəli sürüb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasın gündəliyinə MSK-nın 2 və 4 sentyabr 2015-ci il tarixli iclas protokolunun təsdiqi, səlahiyyətli nümayəndələrin qeydə alınması və cari məsələlər daxil edilib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda “Azadlıq-2015” siyasi partiyalar blokundan 57 nəfər parlament seçkiləri üzrə və 6 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, Azərbaycan Demokratik İslahatlar Partiyasından (ADİSP) 5 səlahiyyətli nümayəndə, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 7 nəfər səlahiyyətli nümayəndə, Azərbaycan Sosial Rifah Partiyasından 4 nəfər səlahiyyətlə nümayəndə, 1 nəfər isə pariyanın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, Müsavat Partiyasından 18 nəfər səlahiyyətli nümayəndə, Vətəndaş Həmrəyliyi Pariyasından (VHP) 10 nəfər səlahiyyətli nümayəndə, Azərbaycan Demokrat Partiyasından (ADP) 18 nəfər səlahiyyətli nümayəndə, 1 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.

Seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə həyata keçirildiyini vurğulayan MSK sədri Məzahir Pənahov seçki prosesini işıqlandırmaq üçün KİV-ləri də fəal olmağa səsləyib.

M.Pənahov seçki bülletenlərinin və yaddaş kitabçalarının tezliklə çapına başlanılacağını söyləyib: “Hesab edirəm ki, seçkilərlə əlaqədar siyasi partiyalar da fəallaşıb. Bütün bunlar Azərbaycanda seçkilərin fəal keçəcəyinə inam yaradır”.

M.Pənahov həmçinin qeyd edib ki, artıq 104 Seçki Dairəsi üzrə 259 nəfər deputatlığa namizədlik üçün MSK-ya müraciət edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm