Nazirdən diplomatlara XƏBƏRDARLIQ
Bizi izləyin

Nida.az

Nazirdən diplomatlara XƏBƏRDARLIQ

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının Astanada keçiriləcək iclasında iştirak etmək üçün Qazaxıstana yola düşməmişdən əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov KİV nümayəndələrinə açıqlama verib.

XİN mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazir deyib ki, Xarici İşlər Nazirliyində tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf çıxan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcək.

Nazir bildirib ki, Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasət kursundan narahat olan dairələr bilməlidirlər ki, Xarici İşlər Nazirliyində və xaricdəki, o cümlədən dünyanın ən qaynar bölgələrindəki diplomatik nümayəndəliklərimizdə dövlətimizin başçısının bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirən, dövlətçiliyə sədaqətli kifayət qədər peşəkar diplomatlarımız xidmət edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm