Qarabağ iki şərtlə azad olunur – Rusiyadan ŞOK AÇIQLAMA
Bizi izləyin

Nida.az

Qarabağ iki şərtlə azad olunur – Rusiyadan ŞOK AÇIQLAMA

“Putinlə Sarkisyanın Moskva görüşü bu yaxınlarda İrəvanda baş qaldıran etirazlara və Qarabağla bağlı Rusiyanın yeni planlarına həsr olunmuşdu”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı analitik Vitali Arkov deyib.

Onun fikrincə, Sarkisyan Rusiyanı xalqın etirazları ilə şantaj etməklə əslində odla oynayır: “Hesab etmək olar ki, budəfəki etirazlar da İrəvan hökumətində hazırlanıb. Lakin bu dəfə Sarkisyan nəzarəti itirəcək və bu, onun və administrasiyasının Olimp zirvəsindən aşağı yuvarlanmasına gətirib çıxaracaq. Fikrimcə, Gümrüdəki etirazların da, “elektromaydan”ın da rejissoru Serj idi və o, bununla maliyyə və digər güzəştlər almaq üçün Kremlə təzyiq edirdi”.

Analitik qeyd edib ki, ortada Rusiyanın Dağlıq Qarabağla bağlı yeni planı var: “Sergey Lavrovun Bakı səfəri buna həsr olunmuşdu. Sarkisyan da Moskvada bu planla tanış edildi. Bizim mənbələrə görə, Qarabağla bağlı planda bunlar var: Ermənistan Laçından başqa digər əraziləri Azərbaycana qaytarır. Dağlıq Qarabağın statusu sonradan həll olunur. Ərazidəki bütün ermənilər köçürülür və Bakı onlara kompensasiya ödəyir. Ərazidə sonra da toqquşmaların olmaması üçün sülhməramlılar yerləşdirilir”.

V.Arkov iddia edir ki, Rusiya yeni planla münaqişəni həll edir və Azərbaycanın Avrasiya İttifaqına girişini təmin edir: “Çünki Azərbaycanı öz yanına çəkmək Rusiya üçün olduqca əhəmiyyətlidir”.

Ekspertin çıxışından belə aydın olur ki, Rusiya Ermənistanın işğal etdiyi əraziləri iki şərtlə Azərbaycana qaytarır.

Birincisi, münaqişə Bakının xeyrinə və Moskvanın dediyi formada həll olunur.

İkincisi, Azərbaycan bunun qarşılığında Avrasiya İttifaqına daxil olur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm