Siyavuş Novruzov: “Miqrantları ac-susuz saxlayırlar, öldürürlər”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Miqrantları ac-susuz saxlayırlar, öldürürlər”

“Azərbaycanda gedən inkişafı gözü götürməyən qüvvələrə, o cümlədən Avropa strukturlarına bir daha bəyan edirik ki, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Avropa Parlamenti son 2 ildə Azərbaycana qarşı 3 qətnamə qəbul edib. S.Novruzov deyib ki, Azərbaycan əleyhinə qəbul edilən qərarlarda iştirak edən şəxslərin bir çoxu bəzi anti-milli qüvvələrə qrantların ayrılmasında rol oynayıb: “Avropadan olan bir sıra şəxslər az qalırlar desinlər ki, ABŞ-da 2 jurnalistin güllələnməsində də Azərbaycanın rolu var. Bundan əlavə, Çində böhranın yaranmasında da Azərbaycan günahkardır və sairə. Bu gün Avropada ərəb ölkələrində törədilən hadisələr nəticəsində öz yurd-yuvalarından didərgin düşən insanların başına hər cür oyunlar açırlar. O miqrantları ac-suzuz saxlayırlar, öldürürlər. Avropalı jurnalist həmin miqrantlara badalaq vurur. Bütün bunları törədən dairələrlə hansı ədalətdən danışmaq olar? Bizi təhdid edirlər ki, seçkilərə müşahidə göndərilməyəcək və sairə. Atalarımızın gözəl məsəli var - "Xoruz banlamayanda səhər açılmır?" Onlar müşahidəçi göndərməsə, Azərbaycanda seçkilər keçirilməyəcək? Bunların əsas məqsədi Azərbaycanda da ərəb ölkələri kimi xaos və anarxiya yaratmaqdır”.

YAP-çı deputat bəyan edib ki, Azərbaycanda hər zaman azad və ədalətli seçkilər keçirilib və bundan sonra da keçiriləcək: “Heç bir təşkilat Azərbaycanı öz uğurlu və müstəqil yolundan çəkindirə bilməz. Burada xalqla iqtidar arasında güclü birlik var, bu birliyi heç kəs poza bilməyəcək. Azərbaycanda olan bəzi milli satqınlar da Avropanın əlaltısına çevrilib. Hər dəfə olduğu kimi, onların bu planları iflasa uğrayacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm