Azərbaycan “Avronest”dən çıxdı - YENİLƏNİB
Bizi izləyin

Nida.az

Azərbaycan “Avronest”dən çıxdı - YENİLƏNİB

Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi ilə bağlı qərar qəbul edib.

Publika.az-ın məlumatına görə, qərarda qeyd olunur ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir.

Qərarda o da bildirilir ki, Avropa Parlamenti ötən ilin sentyabr ayında yeni tərkibdə fəaliyyətə başlayandan onun rəhbərliyi üzündən Azərbaycanla əməkdaşlıq baş tutmayıb, Avropa Parlamentinin sədri deputatların Azərbaycana səfərlərinə qeyri-rəsmi qadağa qoyub.

Qeyd edilir ki, qətnamədə Azərbaycana qarşı irəli sürülən tələblər heç bir hüquqi əsasa malik deyil.

Avropa Parlamenti ötən ilin formalaşan yeni tərkibindən sonra sədrinin qərəzli münasibətinə görə deputatların Azərbaycana gəlməsinə qadağa qoyulub. Azərbaycanla bu təşkilat arasında normal dialoq mümkün olmayıb. Avropa Parlamentinin sədri Martin Şults ələbaxan qrupların fəaliyyətinə göz yumur.

İndi Avropada davam edən mühacir problemi irqçilik və ksenefobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdalanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa Məhkəməsidir ki, bir müddət əvvəl “Çıraqov qardaşları Ermənistana qarşı” işlə bağlı qərar qəbul etsə də, hələ də icra edilməyib. İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırırı ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək".

Qərarda daha sonra deyilir: "Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:


- Pozucu fəaliyyətlərə son qoyulsun

- Ölkəmizə qarşı qərəzli kampaniyalardan əl çəksin

- Azərbaycana qarşı konstruktiv addımlar atılsın

- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətinin qarşısı alınsın

- Azərbaycan nümayəndə heyətinin "Avronest" Parlament Assambleyasının iclaslarında iştirak edilməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın

- Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanskiya tətbiq olunacağı təqdirdə Avropa Parlament üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun".

Qərar səsə qoyularaq qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm