Baş nazir Milli Məclisdə hesabat verdi - YENİLƏNDİ
Bizi izləyin

Nida.az

Baş nazir Milli Məclisdə hesabat verdi - YENİLƏNDİ

Parlamanet hökumətin hesabatın müzakirə edir

Milli Məclisinin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirələrdən sonra qəbul olunub.

Publika.Az xəbər verir ki, müzakirələr zamanı hökumətin illik hesabatına dair deputatlar tərəfindən müxtəlif fikirlər səsləndirilib.

Müxtəlif təklif və iradlardan sonra hesabat səsə qoyularaq qəbul olunub.

Asif

12.37

Publika.Az xəbər verir ki, deputatlar hökumətin hesabatının müzakirəsinə başlayıb.

Deputat Fazil Qəzənfəroğlu deyib ki, xeyli sahədə problemlər qalır. "Mən bəzi aktual məsələlərə münasibətimizi bildirirəm ki, gələcəkdə bu nəzərə alınsın. Son zamanlar kiçik və orta sahibkarların fəaliyyətində ortaya çıxan problemlərin həlli üçün hökumət müəyyən addımlar atmalıdır.

İndi daha çox metroda ticarətlə məşğul olan sahibkarların fəaliyyəti gündəmdədir. Mən anlayıram ki, metronun giriş-çşıxışı açıq olmalıdır. Sahibkarlar yeri almaq üçün pul verir, amma günün birində gəlib deyirlər ki, ərazi sökülür. Bu ticarət pərakəndə ticarət yerlərində də baş verir. Vətəndaşın bir gün içində sanki dünyası dağılır.

Eləcə də Sovetskdə olan problemlər var. İnsanların keçmiş həyatı orda olub, övladı orada oxuyur. Orada hökumət onsuz da yüksək konsepsasiya verilir. Amma məncə insana hörmət məsələsi də var və fikrimcə, buna diqqət edilməlidir.

Rusiya məsələsinə hökumət diqqət etməlidir. Rusiya elan edir ki, Ukrayna SSRİ-dən hüquq proseduruna uyğun çıxmayıb. Jirinovskinin də açıqlaması bəllidir. Bizim orada yaşayan soydaşlarımız da çətin duruma düşə bilər".

12.17

Publika.Az xəbər verir ki, hesabatı hökumət adından baş nazir Artur Rəsizadə təqdim edib. Baş nazir deyib ki, hökumətin əsas fəaliyyəti xalqın rifahını yüksəltmək olubş. Bunun üçün makroiqtisadi sabitliyi saxlamaq olub.Ötən il dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri keçirilib, seçicilər İlham Əliyevi dəstəkləyib.

Ümumidaxili məhsul 3,2, Kənd təsərrüfatı məhsulları, 1,5, Əhalinin gəliri 6,5,Orta aylıq əmək haqqı 5,6, Pensiyaların orta maəbləği, 5,2 faiz artıb.

Son 10 ildə 1,2 milyon iş yeri açılıb.

Artıq sosil xərcləri, 7 dəfə artıb. Mədəniyyət və idman sahələrində 8 faiz, səhiyyə 11,2 faiz, təhsildə sahəsində 6,1 faiz artıb.

Ümumi investisiyaların 74,2 faizi qeyri nüeft sektorunun payına düşüb. Minimum əmək haqqı, pensiyaların baza hissəsi artırılıb. Orta aylıq əmək haqqı 423 manata çatdırılıb.

Baş nazir deyib ki, hesabat ilində regionların iqtisadi inkişafını təmin etmək məqsədilə dövlət proqramları qəbul və icra edilib. Onun sözlərinə görə, regionların inkişafına ümumilikdə 50,7 milyard ayrılıb: “Son on ildə 3.400 kilometrdən artıq su xətti çəkilib. Kanalizasiya 1200 kilometr çəkilib.

Məcburi köçkünlərinin yaşayış şəraitinin və sosial durumunu yaxşılaşdırmaq məqsədilıə işlər davam etdirilib. İl ərzində 29 min qaçqın yeni evlərə köçürülüb. Son 10 ildə bu məqsədlərə 3,6 milyard manat sərf edilib.

Azərbaycan qazının dünya bazarına çıxarılması üçün TAP və TANAP müqavilələri bağlanılıb. Respublikaya investisiyaların cəlb olunması baxımından bu layihələr mühüm əhəmiyyət kəsb edir.

Kənd təsəərrüfatına dövlətin dəstəyini gücləndirmək məqsədilə kənd təsərtrüfatı daha 10 il müddətinə vergidən azad edilib.

Ötən il 50 elektron ATS istifadəyə verilib. Elektron hökumət portalı genişləndirilib, xidmət sahələri artırılıb.

Humanirtar sahəsində də ciddi işlər aparılıb. Ötən il 300 qədər yeni məktəb inşa edilib və ya təmir edilib. Səhiyyə sahəsində aparıcı texnologiyalatrla təhciz olunan yenii tibb sahələri yaradılıb. Bir çox sahələr üzrə ölüm faktlarında azalma baş verib.

Ölkənin böyük turizm potensialının gerçəkləşdirilməsi üçün bu məqsədlə zəruiri addımlar atılıb.

Silahlı qüvvələrin gücləndirilməsi və hər cür texnika ilə təmin edilməsi əsas prioritet təşkil edib. Ümumilikdə müdafiə işinə 3 milyard ayrılıb.

Hazırda deputatlar hökumətin hesabatının müzakirəsinə başlayıb.

1216

Milli Məclisin yaz sessiyasının beşinci iclası keçirilir. Deputatlar Azərbaycan Hökumətinin 2013-cü ildə fəaliyyəti haqda hesabatını müzakirə ediblər.

Spiker Oqtay Əsədov elan edib ki, milli iqtisadiyyatın bütün istiqamətlərində inkişaf baş verib. Onun sözlərinə görə, 2013-cü ildə infilyasiya bir rəqəmli vəziyyətdə saxlanılıb, qeyri neft sektorunda 10 faiz artım baş verib. Hazırda Azərbaycanın valyuta ehtiyatı 50 milyarddan çoxdur. Biz arada neftin xarici qiyməti haqda şübhəli danışırdıq. Amma zaman göstərdi ki, biz haqlı idik. İnvestisiyaların 62 faizindən çoxu daxili resurslar əsasında həyata keçirilib. Yoxsulluğun azaldılması hökumətin əsas vəzifəsi olub. Yoxsulluq faizi 5,3 faiz civarında olub. Deputatların verdiyi təkliflər nəzərə alınmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm