Nida.az
Pakistandan Qarabağa görə Ermənistana sərt xəbərdarlıq
Pakistan İslam Respublikası Senatının Müdafiə məsələləri üzrə Daimi Komitəsi 14 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki qurama rejimin “özünüidarəetmə orqanları”na 13 sentyabr 2015-ci il tarixində keçirilmiş qanunsuz “seçkilər”lə bağlı etiraz bəyanatı yayıb.
Publika.az xəbər verir ki, bəyanatda Ermənistanın işğalçılıq siyasəti qəti şəkildə pislənilir, zəbt olunmuş torpaqlarda keçirilən qanunsuz “seçkilərin” beynəlxalq hüquq normalarına və sülh prosesinə zidd olduğu vurğulanır, habelə Ermənistanın cinayətlərini legitimləşdirmək cəhdi kimi qiymətləndirilir.
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörməti bir daha təsdiq edən bəyanatda, həmçinin münaqişənin davamlı və uzunmüddətli həll yolunun BMT Təhlükəsizlik Şurasının qətnamələrində də təsbit olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin dərhal, tamamilə və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmalı olduğu qeyd edilir.
Qeyd edək ki, Pakistan Senatının Komitələrində qəbul olunan
qətnamələr, qərarlar və verilən bəyanatlar Pakistan İslam
Respublikası Senatının mövqeyi hesab olunur.
Asif
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ