Çex Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bizi izləyin

Nida.az

Çex Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Çex Respublikasının Prezidenti Miloş Zemanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.

Trend-in məlumatına görə, Azərbaycanın və Çexiyanın bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi. Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Çex Respublikasının Prezidentinə raport verdi.

Çexiyanın və Azərbaycanın himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Çex Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Miloş Zemana, Çexiyanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm