Zahid Oruc Tağı Əhmədovun işdən azad olunmasından danışdı
Bizi izləyin

Nida.az

Zahid Oruc Tağı Əhmədovun işdən azad olunmasından danışdı

Zahid Oruc Tağı Əhmədovun işdən azad olunmasından danışdı

“Bu gün vəzifəsindən azad olunan məmurlarla bağlı mənfi rəylər yaradılır. Mən başa düşürəm ki, bəzi məmurların həqiqətən də yarıtmaz fəaliyyətləri ilə yadda qalıb. Bunun nəticəsində də cənab Prezident öz komandasını yeniləyib. Amma bəziləri ilə bağlı bu düzgün edilmir. Bu günlərdə Tağı Əhmədov işdən azad olundu, ondan sonra metrodakı ticarət mərkəzlərinin bağlanması, yanğınların olmasını onun üzərinə yıxmağa çalışdılar. Axı, Kəbirə Məmmədovanın "Binə"də etdikləri ilə bunu eyniləşdirmək lazım deyil. Tağı Əhmədovun işi vaqonlarla idi, ticarətlə deyil”.

Publika.Az xəbər verir ki, bu barədə millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatı ilə bağlı danışrakən deyib.

Z. Oruc ötən il hökumətin fəaliyyətini yüksək qiymətləndirib və buna səs verəcəyini deyib.
“Amma hesab edirəm ki, hökumətimiz daha yaxşı işləməlidir. Misal üçün, təhsildə müəyyən problemlər var ki, onların həli hər şeydən öndə olmalıdır. Çünki Qarabağı təhsilimiz qaytaracaq. Müdafiə Nazirliyinin burda rolu başqadır. Amma Təhsil Nazirliyi hazırkı durumda təhsilin inkişafını daha irəliyə aparmalıdır. Mən təhsil nazirimiz Mikayıl Cabbarovun fəaliyyətini müsbət hesab edirəm. Gəncdir, kifayət qədər savadı var. Amma bu məsələlərə komleks olaraq baxmalıyıq”-deyə millət vəkili vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm