Deputat Milli Bankı tənqid edir
Bizi izləyin

Nida.az

Deputat Milli Bankı tənqid edir

Deputat Milli Bankı tənqid edir

“Təəssüf ki, bizim mütəmadi olaraq qaldırdığımız kredit fazilərinin aşağı salınması, ipoteka şərtlərinin yüngülləşdirilməsi ilə bağlı məsələlər Mərkəzi Bank tərəfindən həll edilmir. Baxmayaraq ki, sığortaolunanların faiz dərəcəsini 10 faziə qədər endirib, amma digər vacib məsələlər həll edilməyib”.

Publika.Az xəbər verir ki, bu barədə millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatına münasibət bildirərkən deyib. O, hökuməti bu məsələlərə diqqət yetirməyə çağırıb.

Hökumətin ötən il gördüyü işləri təqdirəlayiq hesab edən V. Əhmədov bildirib ki, bir sıra problemlər həll edilib: “Amma adicə iş yerləri problemi hələ də qalır. Xüsusilə kənd yerlərində insanların işsizliyi yüksəkdir. Təklif edirəm ki, yeni müəssisələrin açılması prosesi daha çox kəndlərdə aparılmalıdır. Mən ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması probleminə toxunmaq istəyirəm. Cənab Prezident bu məsələyə xüsusi diqqət yetirir. Amma Azərbaycanda buğda ehtiyatları yetərincə deyil. Müharibə şəraitində olan Azərbaycan buğda ehtiyatlarının artırılmasına daha çox diqqət yetirməlidir. Həmçinin digər məsələ xaricdən istehsal olunan geni dəyişdrilmiş məhsullarla bağlıdır. Biz hələ Ümumdünya Ticarət Mərkəzinə daxil olmamışıq. Ora daxil olanda sonra bu problemi həll etmək daha çətin olacaq. Belə məhsulların idxalı həm insanlarımızın sağlamlığına mənfi təsir edir, həm də yerli məhsulların satılmasına. Bununla yanaşı, ölkədə qeyri-neft sektorunun da inkişafı, büdcəsinin daha çox bu sahədən təmin edilməsinə çalışmalıyıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm