“Yəqin, Uorlikin mövqeyi ermənilərin mövqeyi ilə üst-üstə düşür” - Azərbaycan rəsmisi
Bizi izləyin

Nida.az

“Yəqin, Uorlikin mövqeyi ermənilərin mövqeyi ilə üst-üstə düşür” - Azərbaycan rəsmisi

“Yəqin, Uorlikin mövqeyi ermənilərin mövqeyi ilə üst-üstə düşür” - Azərbaycan rəsmisi

“Tvitlərindən də görünür ki, cənab Uorlikin erməni tərəfi ilə yaxşı anlaşması var. Yəqin, onun mövqeyi ermənilərin mövqeyi ilə üst-üstə düşür”.

Publika.Az – ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Tvitter” səhifəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin son açıqlamalarını şərh edərkən yazıb.

Qeyd edək ki, Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ və Rusiyanın diqqətinin Ukraynadakı hadisələrə yönəldiyi bir vaxtda amerikalı həmsədr “Twitter” səhifəsində paylaşdığı statuslarla Dağlı Qarabaş münaqişəsini gündəmdə saxlamağa çalışır. O, sonuncu statuslarından birində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini tapmaq üçün bütün tərəflərin böyük siyasi səy göstərməsinin tələb olunduğunu yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm