Nida.az
Novruz Məmmədov avropalı komissarın erməni kilsəsinə getməsindən yazdı
“Xanım Eşton İranda səfərdə olarkən tarixi bir səfər edib, Yeni Culfada erməni kilsəsinə baş çəkib. Tam başa düşüləndir”.
Publika.Az – ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.
“Yəqin, xanım Eşton söz verib ki, dünyanın hansı ölkəsində erməni kilsəsi varsa, ziyarət etsin”, - N.Məmmədov bildirib
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Ketrin Eşton İranda səfərdə olarkan İsfahana gəlib və orada Yeni Culfa deyilən məntəqədəki 350 illik Müqəddəs Bəşəri Xilaskar erməni monastrını ziyarət edib. Aİ təmsilçisi monastırdakı qondarma erməni soyqırımı muzeyinə də baş çəkərək, oradakı xatirə kitabına ürək sözlərini yazıb.
Erməni Apostol Kilsəsinin İsfahan yeparxiyasının nümayəndəsi Babken Çaryan Avropa Birliyinin "erməni soyqırımı”nı tanıdığı üçün Eştona təşəkkürünü də bildirib. Erməni nümayəndə fürsəti bilərək Aİ təmsilçisinə Azərbaycan haqqında şikayət etməyi də yaddan çıxarmayıb. O, bildirib ki, Azərbaycan Culfadakı qədim erməni xristian abidələrini məhv edərək mədəni soyqırım törədib.
Ömər Dağlı
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ