“Terrorçuluğa qarşı mübarizə haqqında” qanun dəyişdirildi
Bizi izləyin

Nida.az

“Terrorçuluğa qarşı mübarizə haqqında” qanun dəyişdirildi

“Terrorçuluğa qarşı mübarizə haqqında” qanun dəyişdirildi

Milli Məclıisinin bu gün keçirilən iclasında “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilib.

Publika.Az xəbər verir ki, sədrin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov layihə barədə məlumat verib. Son vaxtlar dünyada gedən qlobal proseslərin və iğtişaşların Azərbaycana təsir etdiyini deyən vitse-spiker bildirib ki, bəzi məktəb və məscidlərdə, müxtəlif təşkilatlarda aqressiv dini təriqət daşıyıcılarının toplaşaraq sabit qruplar yaratması, təbliğat aparması, terrorçuluğa açıq çağırışlar səsləndirilməsi hallarına rast gəlinir.

Onun sözlərinə görə, bu kimi hallar sözügedən sənəddə ölkənin və dövlətin milli maraqlarına uyğun olaraq bəzi maddələrin sərtləşdirilməsi zəruridir: “Bu, əsasən beynəlxalq terror fəaliyyəti, terrorçuluğun maliyyələşdirilməsi, terror aksiyaları təşkil etmə, planlaşdırma, hazırlama, əhali arasında vahimə yaratmaq, bu məqsədlə media orqanlarından, internetdən, sosial şəbəkələrdən istifadə etmə hallarını əhatə edir”.

Z. Əsgərov qeyd edib ki, bu günə qədər Azərbaycan bununla əlaqədar 15-dən artıq beynəlxalq konvensiyaya qoşulub, parlamentdə bir sıra mühüm qanun və qərarlar qəbul edilib. Komitə sədri diqqətə çatdırıb ki, hər-hansı bir şəkildə terror fəaliyyətində iştirak edən şəxsin cəzalandırılması onun ətrafının, ailəsinin, bundan əziyyət çəkən digər fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi baxımından da vacibdir. Layihəyə əsasən Azərbaycanda vəsaitin mənbəyindən asılı olmayaraq hər hansı formada muzdlu yığma, onu maliyyələşdirmə və onlardan ölkə daxili və xaricində istifadə etmə halı terror faktı kimi qeydə alınacaq. Qanunun 475, 672, 258 və 133-cü maddələrinə edilən bu əlavə və dəyişikliklərdə o da bildirilir ki, vəsaitin mənbəyindən asılı olmayaraq ödənişli muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə terror faktı kimi qiymətləndiriləcək və bu, Cinayət Məcəlləsinin terroru nəzərdə tutan müvafiq maddələri ilə cəzalandırılacaq. Layihə səsə qoyularaq qəbul olunub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm