Nida.az
Cəbhədə ağır döyüşlər: 3 şəhid verdik, 7 düşmən məhv edildi
Cəbhə xəttində gərginlik
səngimir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 27-də gün ərzində və 28-nə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.
Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də
müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı
qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən
zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib,
çoxlu sayda yaralısı var.
Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu - Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olmuş hərbi
qulluqçuların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə
başsağlığı verir!
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu
əməliyyat şəraitinə tam nəzarət edir və qoşunların təmas xəttində
təxribatların qarşısını almaq məqsədilə düşmənə qarşı müvafiq
tədbirlər həyata keçirir.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi