Nida.az
Müdafiə Nazirliyindən KİV-ə müraciət: erməni yalanına uymayın
“Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri tərəfindən guya sentyabrın 28-də həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ad-soyadları da göstərilməklə yayılmış məlumatın heç bir əsası yoxdur”.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumatda buldirilir ki, bu kimi ucuz, tam cəfəng xarakterli məlumatlar yalnız erməni ictimaiyyətini aldatmaq məqsədi daşıyır və bir daha sübut edir ki, düşmən tərəfi mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdədir.
“Rəsmi olaraq bildiririk ki, adları siyahıda göstərilən şəxslər ümumiyyətlə Silahlı Qüvvələrimizdə yoxdur. Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələr barədə ictimaiyyətə mütəmadi xəbər verir və son günlər qoşunların təmas xəttində gedən döyüşlərdə şəhid olanlar barədə də tərəfimizdən rəsmi məlumatlar verilib.
Bildiririk ki, bu kimi xəbərlər erməni tərəfinin xüsusi təbliğatının bir hissəsidir və bəzi yerli elektron kütləvi informasiya vasitələri də bu fəaliyyətlərdə iştiraka qoşulurlar. Müdafiə Nazirliyi erməni tərəfinin və onların məlumatlarını tirajlayan, sensasiya ardınca qaçan bəzi yerli KİV orqanlarının sayıqlamalarına da şərh verməyəcəkdir.
Bu səbəbdən də bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrindən düşmən təxribatlarına uymamağı və yalnız dəqiqləşdirilmiş rəsmi məlumatları yaymağı tövsiyə edirik”, - məlumatda deyilir.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ