İrəvanın etirafı, Moskvanın susması: Qarabağda müharibəni kim başladır?
Bizi izləyin

Nida.az

İrəvanın etirafı, Moskvanın susması: Qarabağda müharibəni kim başladır?

“Dağlıq Qarabağ münaqişəsində son 20 ildə ilk dəfə raket-artilleriya sistemindən istifadə olundu. Xüsusilə bu müddət ərzində Azərbaycan heç vaxt artilleriyadan istifadə etməmişdi. Hazırda təmas xəttində gərginlik durmadan artmaqdadır”.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşrində Yuri Masarskoqonun hazırladığı xüsusi reportajda deyilir.


Qarabağda müharibəni İrəvan başladır


Nəşrə danışan Moskva Dövlət Universitetinin Qafqazşünaslıq Mərkəzinin direktoru İsmayıl Ağakişyev cəbhədə yaranmış gərginliyin Ermənistan hakimiyyətinə sərfəli olduğunu deyib. Onun sözlərinə görə, Ermənistandakı iqtisadi əhval-ruhiyyə hökuməti diqqətləri müharibəyə yönəltməyə məcbur edir: “Bildiyim qədər Ermənistanda iqtisadi situasiya mənfiyə doğru gedir. Bu da hazırki iqtidarın hakimiyyəti itirməsini yaxınlaşdırır. Buna görə də əhalinin diqqətini yayındırmaq lazımdır. Məhz bu situasiyada Qarabağ məsələsi ən sərfəli çıxış yoludur. Ermənistan hakimiyyəti cəbhədə gərginliyi artırmaqla əhalinin diqqətini daxili problemlərdən yayındırır. Əgər Azərbaycan haqda danışmaq lazımdırsa, deyə bilərəm ki, Prezident İlham Əliyev iki il əvvəl Dağlıq Qarabağdakı işğalçılara xəbərdarlıq edərək bildirdi ki, əgər onlar problem istəmirlərsə, onda bu əraziləri tərk etməlidirlər”, - deyə İ. Ağakişiyev bildirib.


Onun sözlərinə görə, Azərbaycan əhalisi hakimiyyəti ərazi bütövlüyünü bərpa etməyə məcbur edir: “Ermənistan anlayır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün hərəkətə keçəcəyi təqdirdə, ona gücü çatmayacaq”.


Ermənilərdən etiraf


İrəvandakı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan da İsmayıl Ağakişiyevin Ermənistandakı iqtisadi vəziyyətlə bağlı dedikləri fikirləri ilə razılaşır.


“Hakimiyyət əhalinin iqtisadi problemlərdən diqqətini yayındırmaq üçün təxribatlara getməyə məcburdur. Bu fikirlərlə razıyam”, - deyə erməni ekspert bildirib.


Moskva İrəvanın arxasından geri çəkilir?


Rusiyanın məşhur konfliktoloqu Genadi Koziryov məsələyə fərqli rakursdan baxır. Onun sözlərinə görə, artıq dünya dəyişib və indiyə qədər daşlaşmış yanaşmalar da fərqli məcraya yönəlib: “Dağlıq Qarabağda müharibə başlayarsa, Rusiya Ermənistana dəstək verməyə məcburdur. Moskvanın bununla bağlı öhdəlikləri var. Bu, hər kəsin dediyi məlum məsələdir. Lakin unutmaq lazım deyil ki, artıq dünya dəyişib və ağıllı dəlillər bir çox halda əsas yaratmır. Ona görə də Rusiya Qarabağda müharibənin yox, sülhün tərəfdarı olaraq çıxış edir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm