Nida.az
Seçki mübarizəsi qızışır: iki namizəd söz müharibəsinə başladı

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat
Mərkəzi Seçki Komissiyasının saytında yer alıb.
A. Əlizadə namizədliyini 35 saylı Xətai üçüncü seçki dairəsindən
irəli sürüb. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının bu dairədən
namizədi Aliyə Ağrılı Reyman qızıdır. Həmçinin Ümid Partiyasının
sədri İqbal Ağazadə də namizədliyini bu dairədən irəli sürüb.
Hazırda A. Əlizadə ilə İqbal Ağazadə arasında söz müharibəsi davam
edir. Xüsusilə Ümid sədrinin “Araz Əlizadəni çox ciddiyə alıram.
Hesab edirəm ki, o da namizədlərdən biridir, amma mən olmasaydım”
sözləri qarşı tərəfi qıcıqlandırıb.
A. Əlizadə Publika.az-a açıqlamasında bildirib ki,
opponenti ona qarşı hücuma keçməklə əsəblərini yoxlayır: “Mən
Azərbaycan siyasətində hazırcavab və ironik siyasətçiyəm. Bu,
siyasətdə mənim üslubumdur. Bu üslubumun dadını İqbal Ağazadə də
görəcək. Görək, o zaman da belə danışa biləcəkmi?!”
Partiya sədri qeyd edib ki, indiyə qədər heç bir siyasətçini, yaxud
siyasətdə ona rəqib olanları səbəb olmadan tənqid etməyib: “Mən
səbirli adamam, lakin mənə qarşı yanlış kampaniya aparanda,
haqqımda mənfi rəy formalaşdırmağa cəhd ediləndə sərhəd tanımıram.
Belələri olub və hər dəfə onları ayağımın altına alıb süpürmüşəm.
Sonuncu prezident seçkilərində bunun açıq şahidi oldular. Lakin mən
həmişə mədəni və əxlaq çərçivəsində mübarizənin tərəfdarı
olmuşam”.
Deputatlığa namizəd İqbal Ağazadəyə qalib gələcəyini düşünür.
“3 dəfə deputat seçilib, amma təklif etdiyi qanun layihələri,
altında imzası olan işlər görünmür. Ona görə də hesab edirəm ki,
onun getmək vaxtı çatıb”, - deyə o bildirib.
Asif Nərimanlı

-
Qoroskop00:15
Günün ULDUZ FALI: sizə qarşı yeni intriqa hazırlana bilər
-
ABŞ8 Avqust 22:48
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi paket ayırdı - SİYAHI
-
Magazin28 Avqust 22:24
Məşhur aktyor serial çəkilişi zamanı ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
Region8 Avqust 21:00
Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO
-
Dünya8 Avqust 20:48
ŞOK ARAŞDIRMA: bu kosmik obyekt Yerə düşüb
-
Cənubi Qafqaz8 Avqust 20:13
Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ
-
Nida Xəbər 8 Avqust 20:00
Bayramov hədəflərdən danışdı: "Azərbaycan və Türkiyənin..."
-
Ekologiya8 Avqust 19:12
Yaxın 3 gün ərzində hava necə olacaq?