İsa Qəmbərin namizədliyi qeydə alındı
Bizi izləyin

Nida.az

İsa Qəmbərin namizədliyi qeydə alındı

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin bu il noyabrın 1-nə təyin olunan Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizədliyi qeydə alınıb.

Publika.az-ın MSK-dan əldə etdiyi məlumata görə, İsa Qəmbərin namizədliyi Müsavat Partiyası tərəfindən 15 saylı Yasamal Birinci Seçki Dairəsindən irəli sürülüb.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 15 saylı Yasamal Birinci Seçki Dairəsindən Bayram Aslanovun namizədliyini irəli sürüb. Bundan əlavə, Milli Məclisin indiki deputatı Ülvi Quliyev də həmin dairədən mübarizə aparacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm