Nida.az
Qarabağda müharibə cəbhəsi açılır – ANONS
BMT Baş Assambleyasının Nyu-Yokrda keçirilən 70-ci sessiyasında Ermənistan Azərbaycanı müharibə ilə hədələdi və cavabını aldı.
Ermənistan prezidenti Serj Sarkisyan məlum sessiyada çıxışı zamanı
Azərbaycanı ittiham edərək bildirib ki, hərbi yola əl atmaqdan
başqa çarələri qalmayıb.
“Əgər bu cür aqressiv siyasət davam etsə, onda bizim Ermənistan və
Dağlıq Qarabağ Respublikasının (qondarma “DQR”) sülh və
təhlükəsizlikdə inkişafını təmin etmək üçün hərbi-siyasi yollara əl
atmaqdan başqa çıxış yolumuz qalmayacaq”, - deyə o BMT tribunasında
absurd iddialarını səsləndirib.
Rəsmi Bakının cavabı özünü çox gözlətmədi. Elə həmin tribunada
çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov
Sarkisyanın iddialarına cavab verdi, həmçinin müharibə anonsunu
təqdim etdi: “Azərbaycan münaqişənin danışıqlar yolu ilə
tezliklə nizamlanmasında ən maraqlı tərəfdir. Buna baxmayaraq,
danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş
ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə
nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə
təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün
bərpasını təmin etmək məcburiyyətində qalacaq”.
E. Məmmədyarov Serj Sarkisyanın iddialarına da konkret faktlarla
cavab verdi.
Son dövrlər cəbhə xəttində ağır artilleriyanın işə düşməsi
fonunda BMT tribunasından səslənən müharibə anonsu diqqətdən
yayınmır. Rəsmi Bakı BMT nizamnaməsi çərçivəsində öz haqqını tələb
edir, müharibənin onlar üçün hansı nəticələrə səbəb olacağını
anlayan İrəvan isə dünya qarşısına özünü haqlı çıxarmağa cəhdlər
edir. Bütün hallarda ortada müharibə təhlükəsinin olması ehtimalı
böyükdür. Ekspertlər də bu təhlükəni real hesab
edirlər.
“Müharibənin daim yenilənməsi təhlükəsi mövcud
olub”
Publika.az xəbər verir ki, Rusiya prezidenti
yanında strateji tədqiqatlar institutunun əməkdaşı, politoloq Əjdər
Kurtov bildirib ki, Dağlıq Qarabağ zonasında vəziyyətin
kəskinləşməsi Moskva üçün əlverişsizdir: “Dağlıq Qarabağda vəziyyət
uzun müddətdir qeyri-stabil olaraq qalır. 1994-cü ildə atəşkəs
imzalansa da, müharibənin daim yenilənməsi təhlükəsi mövcud olub.
Snayper və ağır artilleriyadan istifadə də ilk dəfə deyil.
Azərbaycan tərəfi ərazi bütövlüyünün bərpası üçün daim müharibə
anonsları verir. Lakin hesab etmirəm ki, hazırda müharibəyə
başlamaq Bakı üçün əlverişlidir”.
Qondarma “DQR”-in legitimləşdirməsi prosesi
gedir?
“Yaxın Şərq-Qafqaz” tədqiqatlar mərkəzinin direktoru, politoloq
Stanislav Tarasov isə bildirib ki, Cənubi Qafqazda ən vacib məqam
Sarkisyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi
adlandırmasıdır. Rusiyalı politoloq qeyd edib ki, son dövrlər
qondarma “DQR”-in legitimləşdirilməsi prosesi gedir: “ATƏT-in Minsk
qrupunun müşahidə qrupu cəbhə xəttində baş verənləri izləmək üçün
tərəflərə müraciət etdilər. Onlar Xankəndinin də nümayəndələrinə
müraciət etmişdi. ATƏT tələb edir ki, hər iki tərəfin səhra
komandirləri, ilk növbədə Bakı və Xankəndi bir-biri ilə danışıqlar
aparmalıdır. Görünən odur ki, DQR-i tədricən legitimləşdirmək
haqqında söhbət gedir. Buna Bakı razı deyil, lakin tədricən
prosesin irəlilədiyi müşahidə olunur”.
Ekspert müharibə ehtimalının yaxın dövrlərdə gerçəkləşəcəyinə
inanmasa da, bunun mövcud olduğunu bildirib.
“Suriyada döyüşlər gedir, Moskva tədricən müharibəyə girir. Yaxın
Şərqdə vəziyyət son dərəcədə qeyri-stabildir. Bu baxımdan hazırda
Qafqazda müharibə cəbhəsinin açılışı heç kəsə lazım deyil, xüsusilə
Moskvaya. Lakin bu ehtimal son dövrlər daha da güclənib”, - deyə o
bildirib.
Onun sözlərinə görə, hansı tərəf genişmiqyaslı müharibəyə başlasa,
həmin tərəf daha çox itki ilə üzləşəcək.
“Vəziyyət hər an idarədən çıxa bilər”
Qafqaz üzrə ekspert Konstantin Tasis hesab edir ki, Qarabağda
tammiqyaslı müharibə təhlükəsi qalmaqdadır: “Hər iki tərəf
silahlıdır və hər ikisi müharibəyə hazırlaşır. Bu baxımdan,
vəziyyət hər an idarədən çıxa bilər. Mən bir məqama diqqət çəkmək
istəyirəm. Münaqişə hər il təxminən eyni vaxtda – avqust, sentyabr
aylarında gərginləşir. Hesab edirəm ki, bu münaqişə dondurulmuş
deyil”.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK