• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,2307 0,00% RUB 0,0275 0,00%
election

Dnepropetrovskda qondarma “erməni soyqırımı”nı tanıyan qərara etiraz edildi

  • Nida.az
  • 1 Oktyabr 2015 20:45
  • 533 Baxış
Dnepropetrovskda qondarma “erməni soyqırımı”nı tanıyan qərara etiraz edildi

Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatı Dnepropetrovsk şəhər Deputatlar Şurasının qondarma “erməni soyqrımı”nı tanıyan qərarına etiraz edib.

Dailykarabakh-ın əldə etdiyi məlumata görə, sentyabrın 30-da səhər saatlarında Dnepropetrovsk şəhər deputatlar sovetinin gözlənilmədən son iclası çağrılıb.

Şəhər Sovetinin deputatlarından xahiş olunub ki, bu il oktyabr ayının 25-də Ukraynanın vilayət, şəhər, qəsəbə və kəndlərində yerli qanunverici orqanlarına keçiriləcək seçkilərə hazırlıq işləri ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsini nəzərə alaraq iclasda iştirak etmələri vacibdir.

Bu baxımdan Ukrayna vaxtı ilə saat 16:00 da baş tutan iclasda Dnepropetrovsk şəhər Deputatlar Şurasının sədri, şəhər merinin səlahiyyətlərini icra edən Qalina Bulavka Şəhər Sovetinin deputatlarından gündəliyə çıxarılan 8 qərara bir yerdə səs vermələrini xahiş edib və 1 saata yaxın davam edən iclasda Şəhər Şurasının deputatları təqdim olunan qanunlara toplum halda ayaqüstü səs veriblər.

Sesvermədən sonra gündəliklə tanış olan şəhər sovetinin deputatı Serqey Varabyov qəbul olunan qanunlar arasında qonrarma “erməni soyqrımı”nın yer tutduğunu görüb, buna kəskin etirazını bildirib.

Serqey Varabyovun etirazının hay küyə səsbəb olduğunu və bu qondarma qərara digər deputatlarında etiraz etdiyini görən Dnepropetrovsk şəhər deputatlar şurasının sədri Qalina Bulavka tez tələsik iclası bağlı elan edərək zalı tərk edib. Hətta bəzi deputatların belə bir uydurma qərarı gizlindən Dnepropetrovsk Deputatlar Şurasına təqdim edən Eduard Baqdasaryanla mübahisə etdiyi bildirilir.

Dnepropetrovsk şəhər sovetinin qəbul etdiyi qərardan dərhal xəbər tutan Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev və digər diaspora fəalları bu gün səhər saat 9-00 da Dnepropetrovsk şəhər meriyasına gələrək bu olaya kəskin etirazlarını bildiriblər.

Konqresin nümayəndələri Qalina Bulavka ilə görüşməyə cəhd göstərsələrdə, xanım Bulavka utanc verən hərəkətinə görə görüşdən imtina edib. Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev erməni hiyləgərliyinin növbəti qurbanına çevrilən Qalina Bulavkanın belə bir tarixi saxtakarlığa imza atmasına görə cavab verəcəyini bildirib. Ukraynanın indiki ağır və həssas məqamında belə bir məsələnin ortaya atılmasını təxribat və Ukraynanın milli maraqlarına zərbə vuran addım kimi dəyərləndirib.

Sonra Azərbaycan diasporunun nümayəndələri Dnepropetrovsk şəhər merinin birinci müavini Anatoli Krupski ilə görüşüblər. Görüş zamanı şəhər şurasının belə bir uydurma qərar qəbul etməsindən xəbərsiz olduğunu bilidirən Anatoli Krupski bununla bağlı ciddi araşdırma aparılacağını və belə bir qondarma qərarın ləğv olunması üçün bütün imkanlarından istifadə edəcəyini vurğulayıb.

Dnepropetrovsk şəhər Deputatlar Şurasının qondarma “erməni soyqrımı” ilə bağlı çıxartdığı qərar Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Millətlət Assambleyasınında kəskin etirazına səbəb olub. Baş verən olaya münasibət bildirən Ukrayna Millətlər Assambleyasının sədri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyev bununla bağlı hər iki təşkilat adından Ukrayna prezidentinə və Ali Radaya etiraz məktubu hazırlandığını vurğulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR