Nida.az
Bakının ABŞ torpağında “never say never” mesajı: Qarabağın əvəzinə...
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin
Nyu-Yorkdakı sessiyasında çıxışından sonra “Rusiya-24” telekanalına
açıqlaması Azərbaycanın xarici siyasəti ilə bağlı iki amili ortaya
qoydu.
1. Rəsmi Bakı Qarabağ probleminin həll edilməsi əvəzində
siyasi oriyentasiyasını dəyişərək, üzünü Avrasiya İqtisadi
İttifaqına çevirə bilər.
2. Azərbaycan növbəti manevr etməklə Qərbə açıq mesaj verir: ərazi
bütövlüyümüzün bərpasında ya yanımızda olacaqsan, ya da
qarşımızda.
Rəsmi Bakının zaman-zaman siyasi manevrləri öz effektini bu və ya
digər formada səmərə verir. Lakin Azərbaycanın baş diplomatının
Amerika torpaqlarında “Avrasiya İqtisadi İttifaqına daxil olmaq
imkanlarımız tükənməyib” açıqlaması olduqca çoxgedişli və cəsarətli
idi.
“Azərbaycan Avrasiya İttifaqına daxil olmaq imkanlarına baxır,
lakin öncə ittifaqın tərkibində olan Ermənistan Dağlıq Qarabağdan
öz qoşunlarını çıxarmalıdır. Ermənistan tərəfindən ərazilərimizin
işğal edilməsi bizə bu ölkə ilə eyni ittifaqda yer almağa icazə
vermir. Əgər Ermənistan öz qoşunlarını çıxaracaqsa, sərhədlər
açıqlacaqsa, vəziyyət normallaşacaqsa, hər şey mümkündür. Necə
deyərlər, “heç vaxt heç vaxt olmaz demə”. Azərbaycan yalnız milli
maraqlarına əsaslanaraq xarici siyasət aparır. Buna uyğun olaraq da
müvafiq addımlar atır”, - deyə XİN rəhbəri diqqətə çatdırıb.
Amerika torpaqlarında verilən bu açıqlama ilk növbədə Vaşinqtona
mesajdır. Yəni Ağ Ev ölkələrin daxili işlərinə qarışmaq əvəzində,
ədalətin yanında olmalı və Cənubi Qafqazda öz maraqlarını
düşünməlidir. Azərbaycan müstəqil ölkədir və yalnız öz
çıxarlarından çıxış edir.
Digər tərəfdən, baş diplomatın “never say never”
(“heç vaxt heç vaxt olmaz demə”) mesajı Moskvaya yönəlmişdi. Rusiya
telekanalının obyektinə deyilən bu sözlərlə Azərbaycan Kremlə mesaj
verir: Ermənistanın işğalçılıq siyasəti və bunun nəticəsində
Azərbaycanın ərazi bütövlüyünün pozulması bizim daha yaxın
olmağımıza mane olur. Qarabağın qaytarılması yeni üfüqlər aça
bilər.
Məsələni Publika.az-a şərh edən politoloq Fikrət Sadıqov bildirib
ki, Azərbaycan hazırda münaqişə ilə bağlı mürəkkəb vəziyyətlə
üzləşib: “Uzun illər boyunca ATƏT-in Minsk qrupu öz vasitəçilik
missiyasında uğursuzluqla üzləşib. Aydındır ki, bizi müxtəlif
beynəlxalq strukturlar – KTMT, NATO, Avrasiya İttifaqı və digərləri
öz sıralarına dəvət edirlər. Azərbaycan bununla bağlı özünə uyğun
addımlar ata bilər. Lakin hər şeydən öncə bizim üçün ən əhəmiyyətli
ərazi bütövlüyümüzün bərpa olunmasında aparıcı dövlətlərin
mövqeləri və səyləridir”.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalı
və yalnız bundan sonra düşünmək lazımdır: “Münaqişə həll olunmalı
və ərazi bütövlüyümüz bərpa olunmalıdır ki, Azərbaycan harada olmaq
istədiyini açıqlasın. Bunsuz mümkün deyil”.
F. Sadıqov əlavə edib ki, XİN rəhbərinin bu açıqlaması rəsmi
Moskvanın öz hərbi-siyasi müttəfiqinə münaqişənin həlli üçün
hansısa təzyiq etməyə hazır olduğunu göstərir: “Görünür,
danışıqlarda, qarşılıqlı təmaslarda Ermənistanın müəyyən güzəştə
getməyə məcbur edildiyi aydınlaşıb”.
Rusiyalı politoloq Aleksandr Karavayev isə rus mediasına
açıqlamasında bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi
İttifaqına daxil olub-olmaması haqda qərar verməsi Dağlıq Qarabağ
münaqişəsi ilə sıx şəkildə bağlıdır.
“Hesab edirəm ki, Məmmədyarovun bu bəyanatına qeyri-adi hadisə
olaraq baxmaq lazım deyil. Görünür, bağlı qapılar arxasındakı
danışıqlarda Qarabağla bağlı müəyyən irəliləyişlərə nail olunub və
bunun icrası mümkündür. Bu baxımdan, rəsmi Bakı öz gələcəyi haqda
ilkin anonsları verir. Yaxud bu gələcəyi müəyyənləşdirəcək amili
dünya gücləri qarşısında açıqlayır”, - deyə rusiyalı politoloq
vurğulayıb.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...