Daha bir NİDA-çı hərəkatdan istefa verdi
Bizi izləyin

Nida.az

Daha bir NİDA-çı hərəkatdan istefa verdi

Üzeyir Məmmədli və Aygün Pəncəliyevadan sonra NİDA Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlu da hərəkat sıralarından istefa verib.

Publika.az xəbər verir ki, Ş. Novruzlu sosial şəbəkədə istefası ilə bağlı bu fikirləri paylaşıb: “Bu gündən üzvü olduğum NİDA Vətəndaş Hərəkatının sıralarını tərk edirəm. NİDA ilə bağlı çoxlu xoş xatirələrim var və bunun belə də qalmasını istəyirəm. İstefamla bağlı əlavə heç bir açıqlama verməyəcəyəm”.

Qeyd edək ki, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 228.3 (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) 28.1. (Cinayətə hazırlıq) 220.1 (Kütləvi iğtişaş) 234.1. ( Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub. 2014-cü il oktyabrın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Hərəkatdan istefa verən digər iki şəxs də istefa səbəblərini açıqlamayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm