Nuşirəvan Məhərrəmli telekanalları qınadı
Bizi izləyin

Nida.az

Nuşirəvan Məhərrəmli telekanalları qınadı

“Bəzən namizədlərə təbliğatlarını aparmaq üçün 10 dəqiqədən çox vaxt ayrılır. Mən bunu düzgün saymıram, seçki qanunvericiliyinə uyğun olaraq normalar müəyyənləşdirilməlidir”.

Publika.az-ın məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-nin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə çıxışı zamanı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

N.Məhərrəmli deyib ki, televiziya və radio kanallarında parlament seçkilərinə həsr olunmuş ümumi xarakterli verilişlərlə namizədlərin təbliğatına həsr olunmuş verilişlər bir-birindən ayrılmalıdır. Onun sözlərinə görə, bəzən ümumi xarakterli verilişlərdə namizədlərin təbliğatı ilə bağlı qarışıqlığa yol verilir: “Regionlarda televiziya və radio kanallarında namizədlərin təbliğatının aparılmasını, namizədlərin bu televiziya və radioların imkanlarından istifadə etməsini zəruri sayıram. Digər tərəfdən, namizədlərin təbliğatının şouya çevrilməsinə yol verilməməsi yaxşı olardı”.

MSK-dan MTRŞ-ya şikayət daxil olması məsələsinə də toxunan N.Məhərrəmli qeyd edib ki, son vaxtlar MSK-dan və namizədlərdən televiziya və radio kanalları ilə bağlı şikayət daxil olmayıb: “Heç bir telekanaldan tələb edilə bilməz ki, seçkilərin təşviqatı prosesinə daxil olsun, bu, onların öz hüququdur. Bu seçki fürsətindən lazımınca yararlanmağı zəruri sayıram”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm