• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,2307 0,00% RUB 0,0275 0,00%
election

Türkmənlər hədəfdə... ONLARLA ÖLÜ

  • Nida.az
  • 2 Oktyabr 2015 14:39
  • 2 413 Baxış
Türkmənlər hədəfdə... ONLARLA ÖLÜ

Suriyada Hama, Humus və Lazkiyə vilayətlərində 20 hədəfi vuran Rusiya qırıcıları dünən Türkiyə ilə sərhəddə yerləşən İdlib və Cisr əl Şuğur bölgələrinə də atəş açıb.


Publika.az xəbər verir ki, Rusiyanın döyüş təyyarələri Suriyada Azərbaycan əsilli türkmanları da hədəfə alıb.


Suriya Türkman Məclisinin sədri Əbdürrəhman Mustafa bildirib ki, dünən gecə saatlarında Rusiyanın keçirdiyi əməliyyatlar nəticəsində Bayırbucak türkmanlarının yaşadığı Türkmandağı də bombalanıb.


Onun sözlərinə görə, Rusiyanın hava hücumlarının əsas hədəfinin İŞİD-dən daha çox Türkiyənin dəstəklədiyi qrupların olduğu haqda iddialar doğrudur: “Rusiyanın vurduğu Hamanın cənub, Humusun şimal hissələrindəki Telbise, Kanto və Zəfarədə 9 mindən çox türkman yaşayır. Onlar İŞİD-dən qaçaraq buralara sığınıb. Bölgəyə İŞİD yox, Azad Suriya Ordusu nəzarət edir. Hücumlar nəticəsində onlarla ölən olduğu deyilir. Bölgədəki türkmanlar Rusiya hücumundan sonra oranı tərk edərək Livana getmək istəyirlər. Onları xilas etmək lazımdır”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR