• USD 1,7000 0,00% EUR 1,8748 -0,18%
    • GBP 2,2200 -0,48% RUB 0,0273 -0,73%
election

Tənzilə Rüstəmxanlı MSK-ya müraciət edəcək: "Kənar müdaxilələr var”

  • Nida.az
  • 2 Oktyabr 2015 17:20
  • 770 Baxış
Tənzilə Rüstəmxanlı MSK-ya müraciət edəcək: "Kənar müdaxilələr var”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınmayıb.

Publika.az-a açıqlamasında buna münasibət bildirən T.Rüstəmxanlı bildirib ki, deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət edəcək: “Mənim namizədliyimin qeydə alınmaması qanun pozuntusudur. İmzalarımın hamısı şəffafdır, lakin kənar müdaxilələr var. Buna görə də Mərkəzi Seçki Komissiyasına şikayət edib qanun pozuntusunu aradan qaldıracağıq. İnanıram ki, Mərkəzi Seçki Komissiyası problemi həll edəcək, qanun pozuntusunu aradan qaldıracaq”.

T.Rüstəmxanlı qeyd edib ki, namizədliyinin qeydə alınmaması ilə bağlı baş verən qanun pozuntuları haqda əlində yetərincə faktlar var.

“Bu ölkənin rəhbəri cənab İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün əlindən gələni edir. Mən də onun ədalətinə güvəndiyim üçün MSK-ya müraciət edərək məsələnin şəffaf həll olunmasına çalışacam”, - deyə o bildirib.

Qeyd edək ki, T.Rüstəmхanlı 42 saylı Sumqayıt ikinci seçki dairəsində namizədliyini irəli sürmüşdü. 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlıdır. M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini verib.

Onun həyat yodlaşı Sabir Rüstəmxanlı budəfəki seçkilərdə T.Rüstəmxanlıya güzəştə gedərək seçkidə iştirakdan imtina etmişdi. Belə ki qanunvericiliyə görə bir ailədən iki namizəd ola bilməz.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR