882 nəfərin deputatlığa namizədliyi qeydə alındı
Bizi izləyin

Nida.az

882 nəfərin deputatlığa namizədliyi qeydə alındı

Bu il keçiriləcək parlament seçkilərində 882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Publika.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, seçkilərdə iştirak etmək üçün 1 823 nəfər müraciət edib: “Onlardan 572-i siyasi partiyalar, 62 nəfəri “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1 186 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 805 şəxsin namizədliyinin irəli sürülməsi təsdiq edilib”.

M.Pənahov deyib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1 750 nəfər imza vərəqəsi alıb: “1365 nəfər imza vərəqələrini qaytarıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm