Tomas de Vall: “Qarabağın qaytarılması üçün Bakı Moskva ilə razılaşıb”
Bizi izləyin

Nida.az

Tomas de Vall: “Qarabağın qaytarılması üçün Bakı Moskva ilə razılaşıb”

“Azərbaycanın Qarabağın qaytarılması üçün Rusiya ilə sövdələşməyə getməsi mümkündür”.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Karnegi” fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall bu gün fondun keçirdiyi “Ermənistan – Azərbaycan sərhədində və Qarabağ münaqişəsi zonasında gərginliyin yeni mərhələsi” adlı paneldə çıxışı zamanı deyib.


Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağa daxil olması əvəzində Moskva ətraf rayonları Bakıya qaytara bilər: “Son zamanlar Bakı ilə Moskvanın xüsusi yaxınlaşması müşahidə olunur. Lakin qeyd etmək lazımdır ki, sülhməramlılar bölgəyə daxil olarsa, onun tərkibində yalnız rus hərbçiləri deyil, digər həmsədr ölkələr olan ABŞ və Fransanın da hərbçiləri yer alacaq. Sadəcə olaraq, Rusiya bu prosesdə əsas gücə malik olacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm