Azərbaycan Prezidenti koreyalı həmkarını təbrik edib
Bizi izləyin

Nida.az

Azərbaycan Prezidenti koreyalı həmkarını təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Dövlətin yaranması günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında daim möhkəmlənən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız bundan sonra da ikitərəfli münasibətlərimizin inkişafına xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm