Razi Nurullayev Əli Kərimlinin qurultayı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi
Bizi izləyin

Nida.az

Razi Nurullayev Əli Kərimlinin qurultayı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi

Razi Nurullayev Əli Kərimlinin qurultayı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsi (EQTK) sentyabrın 27-də Əli Kərimlinin qurultay adı ilə keçirdiyi toplantısında baş vermiş qanun pozuntuları ilə əlaqədar Ədliyyə Nazirliyinə müraciət edib.

Bu barədə Publika.az-a AXCP EQTK-nin mətbuat katibi Vüsal Qarayev məlumat verib.

Müraciətdə bildirilir ki, 27 sentyabr 2015-ci il tarixində səlahiyyətləri 25 sentyabr 2014-cü ildən bitmiş AXCP sədri Əli Kərimli AXCP-nin qurultayı adı ilə tədbir keçirib və bu tədbir partiyanın nizamnaməsinin tələbinə ziddir:

“Partiya nizamnaməsinin tələbinə əsasən qurultay 4 ildən gec olmayaraq keçirilməlidir. AXCP isə son qurultayını 25 sentyabr 2010-cu ildə keçirib. Bundan başqa, tədbirdə partiyanın nizamnaməsinin tələbinə zidd olaraq qurultay nümayəndələri iştirak etməyiblər. AXCP üzvləri adı ilə tədbirin keçirildiyi məkana insanları toplayaraq qurultay keçirilməsi fonu yaradılıb”.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 7-ci bəndində göstərilir ki, siyasi partiyanın rəhbər orqanlarının təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri nizamnamədə göstərilməlidir. Nizamnaməyə əsasən, partiyanın seçkili orqanlarının səlahiyyət müddəti 4 ildir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm