Efiopiyalı nazir Azərbaycan şirkətlərini ölkəsinə çağırdı – FOTOLAR
Bizi izləyin

Nida.az

Efiopiyalı nazir Azərbaycan şirkətlərini ölkəsinə çağırdı – FOTOLAR

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin sənaye naziri Əhməd Abtev ilə görüşüb.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, görüş zamanı səfir Elman Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək, Azərbaycanın iqtisadi uğurları və ölkəmizin regionun aparıcı sənaye mərkəzinə çevrildiyini efiopiyalı rəsminin diqqətinə çatdırıb.

Azərbaycanın sürətli inkişafı nəticəsində iqtisadiyyatımızın bütün sahələrində böyük nailiyyətlər əldə edildiyini vurğulayan səfir ölkəmizin regionun əsas investoru olduğunu bildirib.

Nazir Əhməd Abtev Azərbaycanın sənaye sahəsində uğurlarını yüksək qiymətləndirərək, ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı və hazır olduğunu qeyd edib.

Nazir Azərbaycan şirkətlərini Efiopiya iqtisadiyyatına investisiya qoymağa dəvət edib. O, Azərbaycan şirkətlərinin Efiopiyada fəaliyyəti üçün münbit şəraitin yaradılacağına əminliyini bildirib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcud olduğu və qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılması vacibliyi qeyd edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm