Nida.az
Ermənistan ordusunda növbəti insident - əsgərlər bir-birinə girdi

Ermənistanın bəzi elektron kütləvi informasiya vasitələri Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin atəşkəs rejimini pozaraq dövlət sərhədində gərginlik yaratması barədə dezinformasiya xarakterli məlumat yayıblar.
Publika.az xəbər verir ki, müşahidə zamanı atışmanın qarşı tərəfin hərbi qulluqçuları arasında baş verməsi məlum olub. Oktyabrın 1-də saat 23.00 radələrində ön xətdə yerləşən düşmən mövqelərindən şəxsi heyətin bir-birinə qarşı təhqiramiz qışqırtısı və atıcı silahlardan on dəfəyədək atəş səsi eşidilib. Bundan sonra saat 23.40 radələrində düşmənin həmin mövqeyinə komandanlığın UAZ avtomobilində gəlməsi, səhər saatlarında isə 5 nəfərə qədər hərbi qulluqçunun avtomobilə zorla mindirilməsi və avtomobilin alay mərkəzinə doğru hərəkəti müşahidə edilib.
Bu, ordusunda baş verən neqativ hadisələri öz xalqından gizlətmək məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı növbəti təxribatıdır.
Müdafiə Nazirliyi bildirir ki, bu istiqamətdəki bölmələrimiz yüksəkliklərdə yerləşən mövqelərdən əməliyyat şəraitinə tam nəzarət edirlər.

-
Nida Xəbər 03:13
Militarizasiya səviyyəsi ən yüksək olan bölgə - VİDEO
-
Magazin202:42
Sofi Loren xəstəxanaya yerləşdirildi
-
Qarabağ 02:12
Xankəndi ermənisi: "Sovetlər dövründə mehriban qonşu olmuşuq" - VİDEO
-
İdman00:30
Güləş millimiz tarixində ilk dəfə dünya çempionu oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ciddi maliyyə itkiləri ola bilər
-
Qarabağ 24 Sentyabr 23:48
Ermənilər Ağdərəni belə tərk edir - VİDEO
-
Mətbəx24 Sentyabr 22:12
AĞLAMAĞI DAYANDIRIN: bundan sonra soğan göz yaşınızı axıtmayacaq
-
Sosial24 Sentyabr 21:12
"Qənirə süni nəfəs aparatındadır, heç bir reaksiya vermir" - Əmisindən üzücü AÇIQLAMA