İrəvanda Qarabağ müzakirəsi
Bizi izləyin

Nida.az

İrəvanda Qarabağ müzakirəsi

Ermənistan Prezidenti Serj Sərkisyan bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Nikolay Bordyujanı qəbul edib.

Musavat.com erməni qaynağına istinadən xəbər verir ki, tərəflər KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Düşənbədə keçirilmiş son toplantısı çərçivəsində qəbul edilmiş qərarların yerinə yetirilməsinin vəziyyətini müzakirə ediblər.

Sərkisyan və Bordyuja həmçinin, Qafqaz regionunda təhlükəsizliyin qorunması məsələlərinə toxunublar, habelə son vaxtlar Dağlıq Qarabağda təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginləşən situasiyanı müzakirə ediblər – hərçənd, Dağlıq Qarabağ hüquqi cəhətdən KTMT-nin məsuliyyət zonasına daxil deyil, çünki Azərbaycanın tərkib hissəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm