Nida.az
Oqtay Əsədov vitse-prezidenti qəbul edib
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan
Seyşel adaları Respublikasının ilk prezidenti olmuş, Mərkəzi Asiya,
Sakit Okean Hövzəsi Beynəlxalq Demokratları Təşkilatının
vitse-prezidenti Ceyms Riçard Mançamı qəbul edib.
Milli Məclisin mətbuat xidmətindən Publika.Az -a verilən məlumata görə, parlamentin sədri qonağı səmimi salamlayaraq bu cür səfərlərin əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib.
Azərbaycan parlamentinin tarixi və bugünkü fəaliyyəti barədə qonağa ətraflı məlumat verən spiker bildirib ki, Şərq dünyasında ilk demokratik dövlət quran Azərbaycan hələ ötən əsrin əvvəlində qadınlara seçib seçilmək hüququ veribdir: “Onlar bu gün Azərbaycan parlamentində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər”.
Sədr Azərbaycan qanunvericilik orqanında təmsil olunmuş siyasi partiyaların və iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə oynadığı roldan danışıb. Qeyd edib ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin adı ilə bağlı olan bu partiyanın təmsilçiləri parlamentdə çoxluq təşkil edir və qanun yaradıcılığında, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında fəallıq göstərirlər.
Spiker qonağın təmsil etdiyi siyasi qurumla Yeni Azərbaycan Partiyası arasında yaranmış əlaqələri yüksək dəyərləndirib.
Sədr dövlətlərarası münasibətlər sistemində parlamentlərin
roluna diqqət çəkərək iki ölkə arasında bu səviyyədə münasibətlərin
inkişafının digər sahələrə də müsbət təsir göstərəcəyinə inamını
söyləib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq ölkəmizə
səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd
edib.
O, Azərbaycandakı inkişafa heyranlığını xüsusi vurğulayıb. Qonaq
nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin
dərinləşməsində əhəmiyyətli rol oynayacağına inamını ifadə
edib.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir
mübadiləsi aparılıb.
Asif
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik