• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Pənah Hüseyn MSK-da çıxış etdi

  • Nida.az
  • 5 Oktyabr 2015 17:33
  • 583 Baxış
Pənah Hüseyn MSK-da çıxış etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasda bir neçə namizədin öz ərizəsindən imtina etməsi məsələsinə baxılıb. Daha sonra iclasda 15 saylı Yasamal seçki dairəsindən Gəray Əsədovun şikayət ərizəsi təmin edilib və deputatlığa namizədliyi qeydə alınıb.

Bundan əlavə, iclasda “Azadlıq-2015” seçki blokunun 64 saylı Sabirabad seçki dairəsindən irəli sürdüyü namizədliyindən imtina edən Qiyas Sadıqovun ərizəsi qeydə alınmayıb.

İclasda iştirak edən Qiyas Sadıqovun səlahiyyətli nümayəndəsi, sabiq baş nazir Pənah Hüseyn baş vermiş hala etirazını bildirib. P.Hüseyn müraciətində bildirib ki, DSK-nın Q.Sadıqbəyli ilə bağlı çıxardığı qərar əsassızdır. MSK şikayəti təmin etməyib. P.Hüseyn MSK-nın qərarına etiraz edib. O bildirib ki, DSK-nın qərarı qüvvədən düşməlidir, bununla bağlı MSK ayrıca qərar qəbul etməlidir. P.Hüseyn MSK-nın qərarından məhkəməyə şikayət edəcəklərini qeyd edib.

MSK üzvü Akif Qurbanov isə bir neçə seçki dairəsindən olan namizədlərə qarşı vətəndaşların öz ərizlərindən könüllü şəkildə imtina etməsinin şübhə doğurduğunu söyləyib.

A.Qurbanov deyib ki, bu cür hallar gələcəkdə Avropa Məhkəməsində Azərbaycana qarşı çevrilə bilər.

118 nömrəli Ağdam şəhər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Musa Ağayevin şikayətinə də baxılıb. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, M.Ağayevin DSK-ya təqdim etdiyi imzalar yetərli və etibarlıdır. MSK M.Ağayevin namizədliyi qeydə alınıb.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR