Qarabağda “isti payız” başlayır: üçüncü ölkələrin iştirakı ilə böyük müharibə
Bizi izləyin

Nida.az

Qarabağda “isti payız” başlayır: üçüncü ölkələrin iştirakı ilə böyük müharibə

“Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində, həmçinin, Ermənistan və Azərbaycan sərhədində vəziyyət əvvəlki kimi gərgin olaraq qalır”.


Publika.az xəbər verir ki, Rusiyanın “Avrasiyanın ritmi” saytı “Dağlıq Qarabağda “isti payız” başlıqlı məqaləsində bu barədə yazır.


Sayt diplomatik mənbələrə istinadən xəbər verir ki, Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağı geri qaytarması üçün hücuma keçəcəyindən narahatdır.


“Əgər Azərbaycan ərazi bütövlüyünü danışıqlar yolu ilə bərpa edə bilməsə, avtomatik güc yoluna əl atacaq. Artıq bu barədə qəti qərar verilib”, - deyə danışıqlar prosesində iştirak edən adının açıqlanmasaını istəməyən diplomatlardan biri saytda bildirib.


Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə də sayta İrəvanın müharibə qorxusunun böyüdüyünü təsdiq edib.


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Nikolay Bordyujanın İrəvanda Serj Sarkisyanla Qarabağ müzakirələrinə diqqət çəkən sayt regionda təhlükəsizliyə ciddi zərbə vuracaq müharibə ehtimalının artdığını diqqətə çatdırır.


“Rusiya Azərbaycanın Avrasiyaya inteqrasiya layihələrinə cəlb edilməsi imkanını saxlamaq üçün tamamilə neytral mövqe tutmaq istəsə də, Ermənistanın itirilməsi regionda vəziyyəti dəyişdirəcək. ATƏT-in Minsk qrupuna gəlincə, 2014-cü ilin avqustunda cəbhədəki gərginliyə müdaxilə edə bilməyənə həmsədrlərin bundan sonra da nəsə edəcəyini demək çətindir. Belə bir vəziyyətdə tərəflərin ağır artilleriyadan istifadə etməsi bölgəni alovlandıracaq və başqa ölkələrin də qoşulduğu bir müharibə başlayacaq”, - deyə sayt yazır.


Qeyd edək ki, ötən həftə İrəvanda Sarkisyanla görüşən Bordyujanın açıqlamaları da bu fonda diqqət çəkir: “KTMT təşkilata üzv ölkələrdən hansısa birinin öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək iqtidarında olmadığı zaman vəziyyətə müdaxilə edə bilər. Lakin bunun üçün həmin dövlətin özünün müraciət etməsi lazımdır. Mənə elə gəlir ki, Ermənistan ordusunun öz təhlükəsizlik, stabillik və ərazi bütövlüyünü təmin etmək üçün bütün imkanları var”.


Ekspertlərə görə, əslində bu, KTMT-nin müharibə olacaqsa, Ermənistana yardım etmək niyyətində olmadıqlarını açıq göstərir. Belə ki, təşkilatda əsas söz sahibi olan Rusiya son dövrlər mövqeyində dəyişikliklər edərək, daha çox neytral mövqedə qalmağa üstünük verir. İkinci, əsas ölkə olan Qazaxıstan isə Azərbaycanı müdafiə edir və ən son məqamda Bakının yanında yer alacaq. Ermənistan KİV-i bu amilləri İrəvan üçün təhlükə olduğuna diqqət çəkir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm