Nida.az
Tomas de Vall: “Qarabağda müharibə başlaya bilər”

“Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik
əvvəlki dövrə nisbətən fərqlənir. Xüsusilə ağır artilleriyanın işə
düşməsi bunu deməyə əsas verir. Bu amillər Qarabağda vəziyyətin
ciddiliyini göstərir. Lakin unutmaq lazım deyil ki, tərəflərdən heç
biri genişmiqyaslı müharibəni istəmir. Sadəcə olaraq, regionda
ciddi döyüş əməliyyatlarının keçirilməsi ehtimalı var və hesab
etmək olar ki, Qarabağda “səhvən” müharibə başlaya
bilər”.
Publika.az xəbər verir ki, bu barədə “Karnegi”
fondunun Cənubi Qafqaz üzrə mütəxəssisi, Britaniya jurnalist Tomas
de Vall Almaniyanın “Doyçe Velle” (DW – Alman dalğası) nəşrinə
müsahibəsində deyib.
Onun sözlərinə görə, genişmiqyaslı müharibədən danışmaq hələlik
tezdir: “Lakin əvvəlkindən fərqli olaraq təmas xəttində ağır
artilleriya işə düşürsə, müharibənin olacağı ehtimalı da böyükdür.
Ermənistan müharibə istəmir, çünki Dağlıq Qarabağda mövcud
status-kvo onu qane edir. Bu status-kvo Azərbaycanı qane etməsə də,
rəsmi Bakı danışıqların tərəfdarıdır. Etiraf etməliyik ki,
Qarabağda vəziyyət tədricən pisləşir”.
T. Valla hesab edir ki, Dağlıq Qarabağda gərgin atmosferin daha bir
səbəbi Ukraynanın şərqində Qərblə Rusiyanın toqquşmasıdır.
“Regionda vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də nə
Azərbaycan prezidentinin, nə də Ermənistan prezidentinin hər-hansı
güzəştə getməyə hazır olmamasıdır. Hazırda ATƏT-in Minsk qrupu
yalnız toqquşmaların olmaması üçün Qarabağın bugünkü statusunu
saxlayır. Çünki buna cəhd edilməsə belə, bölgədə partlayış
təhlükəsi olan vəziyyət yarana bilər”, - deyə T. Vall nəşrə
müsahibəsində vurğulayıb.
Asif Nərimanlı

-
ABŞ22:48
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi paket ayırdı - SİYAHI
-
Magazin222:24
Məşhur aktyor serial çəkilişi zamanı ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
Region21:00
Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO
-
Dünya20:48
ŞOK ARAŞDIRMA: bu kosmik obyekt Yerə düşüb
-
Cənubi Qafqaz20:13
Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ
-
Nida Xəbər 20:00
Bayramov hədəflərdən danışdı: "Azərbaycan və Türkiyənin..."
-
Ekologiya19:12
Yaxın 3 gün ərzində hava necə olacaq?
-
Nida Xəbər 18:53
Rəsmi qurumlara, banklara kiberhücumlar oldu