Azərbaycanda Ombudsmanın səlahiyyətləri artırılır
Bizi izləyin

Nida.az

Azərbaycanda Ombudsmanın səlahiyyətləri artırılır

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişikliklər edilməsi barədə qanunun layihəsi müzakirə edilib.

Publika.az-ın məlumatına görə, bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov məlumat verib.

O, deyib ki, sözügedən qanuna dəyişiklik Miqrasiya Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır: “Ombudsmana və onun yaratdığı Milli Priventiv Qrupa səlahiyyət verilmişdi ki, cəzaçəkmə müəsssələrinə, istintaq təcridxanalarına xəbərsiz daxil olaraq saxlanılan şəxslərlə maraqlansın, onlarla söhbət aparsın. İndi isə müvəkillə və onun yaratdığı Milli Priventiv Qrupa səlahiyyət verilir ki, miqrantlar üçün nəzərdə tutulan xüsusi yerlərə də, öncədən xəbər vermədən daxil olub söhbətlər aparılsın. Bu, Konstitusiya qanunudur və 95 səslə qəbul edilə bilər”.

Daha sonra R.Cəbrayılov deputat həmkarlarını diqqətli olmağa və qanuna dəyişikliklərə səs verməyə çağırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm