Türkiyəli generalın Bakı səfəri: Yaxın Şərq, Qarabağ...
Bizi izləyin

Nida.az

Türkiyəli generalın Bakı səfəri: Yaxın Şərq, Qarabağ...

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulisi Akarın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 5-də Azərbaycana rəsmi səfərə gəlib.

H. Akar vəzifəyə təyin edilməsindən sonra ilk səfərini Azərbaycana etməsi, həmçinin bu səfərin Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi, Yaxın Şərqdə Rusiya və Türkiyənin toqquşduğu bir vaxtda baş tutması diqqət çəkir.

Politoloq Natiq Miri Publika.az-a açıqlamasında bildirib ki, Akarın Bakı səfəri dünya güclərinə Azərbaycan-Türkiyə qardaşlığının bir mesajıdır. Onun sözlərinə görə, bu səfərin yaxın Şərqdə hərbi və geosiyasi vəziyyətin qarışdığı, Rusiyanın Türkiyə sərhədlərinə yaxın əraziləri bombaladığı bir vaxta təsadüf etməsi müzakirə ediləcək ciddi məsələlərin olduğunu deməyə əsas verir: “Həm Amerika, həm də Rusiya Yaxın Şərqdə döyüş əməliyyatlarının keçirildiyi bir vaxtda regional oyunçuları öz yanlarında görmək istəyirlər. Moskva Bakıda onun yanında yer almağını, İŞİD-ə qarşı mübarizədə onunla birgə koalisiya yaratmağını istəyir. Lakin burada söhbət təkcə İŞİD-ə qarşı mübarizədən getmir, əsas məsələ Rusiyanın öz geosiyasi maraqlarını təmin etməkdir. Moskva təkcə İŞİD-i deyil, Əsədə qarşı çıxan mülayim müxalifəti və türkmanları da bombalayır. Bu, onu deməyə əsas verir ki, Rusiyanın Türkiyəyə, ümumilikdə türk dünyasına qarşı planları var və o, bu plana Azərbaycanı da qatmaq istəyir. Lakin Bakı heç vaxt buna getməz. Məhz belə bir vaxtda Türkiyə ordusunun birinci şəxsinin Bakıya səfəri əhəmiyyətlidir”.

Politoloqa görə, yaranmış vəziyyətdə Bakı ilə Ankaranın məsləhətləşmələrə ehtiyacı var.

“Bakıdakı görüşlərdə Akar bu məsələni gündəmə gətirəcək. Həmçinin bunun fonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət müzakirə ediləcək”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm