Suriyada məğlub olan İŞİD Qafqaz sərhədlərində yeni cəbhə açır – “Tam Məxfi”
Bizi izləyin

Nida.az

Suriyada məğlub olan İŞİD Qafqaz sərhədlərində yeni cəbhə açır – “Tam Məxfi”

“İŞİD faktiki olaraq Şimali Qafqazda özünə yer edib. Ötən ilin payızında “Qafqaz əmirliyi”nin döyüşçüləri Bağdadiyə and içməklə bunu təsdiqlədilər. İŞİD bütövlükdə Qafqazı ələ keçirmək üçün mübarizə aparır. İndi “Qafqaz əmirliyi”nə daxil olan çox az sayda qruplaşma var ki, İŞİD-i qəbul etmir. Lakin o dəqiqdir ki, indi “Qafqaz əmirliyi” bütövlükdə İŞİD-in nəzarətindədir”.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın məşhur “Soverşenno sekretno” (“Tam Məxfi”) nəşrinin araşdırmasında deyilir. Nəşr yazır ki, hazırda İŞİD tərkibində minlərlə rusiyalı və qafqazlı döyüşçü vuruşur.


“E” analitik mərkəzinin məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin ekstremizmlə mübarizə idarəsinin hərəkətə keçməsindən sonra Şimali Qafqazdan İŞİD sıralarına qoşulanların sayı artıb.


“Bu fonda Qafqaz gəncləri arasında qəti fikir formalaşdı ki, Suriya və İraqa gedərək cihada qoşulanlar haqlıdır. Hesab edirəm ki, bu ilin sonuna kimi Şimali Qafqazdan Suriyaya gedənlərin sayı artacaq”, - deyə mərkəzin analitiki Arsen Bidov deyib.


Mərkəzin digər analitiki Yuri Batırov hesab edir ki, İŞİD gəncləri pul qarşılığında da öz sıralarına qatır: “İŞİD-in malik olduğu maliyyə imkanları böyükdür. Həm ələ keçirdikləri neft quyularından, həm narkoticarətdən, həm də Səudiyyə Ərəbistanı və Küveytdən gələn pullar hesabına qruplaşmanın 2 milyarddan artıq vəsaitə malik olduğu deyilir. Bu pul kasıblığın daşını atmaq istəyən insanların cəlb edilməsi üçün yetərincədir”.


Nəşr yazır ki, İŞİD-in nəzarətinə keçən “Qafqaz əmirliyi” əvvəlkinə nisbətən daha təhlükəlidir: “Əgər əvvəl əmirlik kafir elan etdikləri məmurlar və hakimiyyət nümayəndələrinə qarşı döyüşürdüsə, indi onlar hər kəsə qarşı döyüşəcək”.


Analitik Yuri Batırov daha bir təhlükədən xəbər verir. Onun sözlərinə görə, “Qafqaz əmirliyi” ayrıca qol olanda burada əsasən çeçenlər və ərəblər təmsil olunurdu: “Yəni təhlükənin kimlər tərəfindən gəldiyi məlum idi. İndi isə İŞİD-in nəzarətinə keçir. İŞİD tərkibində isə 80-dən artıq ölkədən gələn döyüşçülər var. Onlar başqa yerdən Rusiya ərazisinə asanlıqla keçə və istədiklərini edə bilərlər. Bunu müəyyənləşdirmək çətin olacaq”.


“Soverşenno sekretno” qeyd edir ki, artıq İŞİD Şimali Qafqaza daxil olub və terror qruplaşması bütün Qafqaz üçün təhlükə mənbəyidir: “Xüsusilə Suriyada küncə sıxışdırılan terror qruplaşması üçün hədəflərini genişləndirmək, yeni cəbhələr açmaq sərfəlidir. Bu baxımdan, təhlükə hər keçən gün artmaqdadır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm