Niyaməddin Orduxanlının namizədliyi qeydə alındı
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlının namizədliyi qeydə alındı

BAXCP sədrinin müavini Niyamədddin Orduxanlının 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyi qeydə alınıb.

Bu barədə Publika.az saytına açıqlama verən sədr müavini bildirib ki, artıq 44 saylı Sumqayıt-Xızı seçki dairəsində qeydə alınması ilə bağlı rəsmi qərar var: ”Artıq BAXCP-nin rəsmi qeydiyyatdan keçmiş namizədlərindən biriyəm. Bu gün namizəd olmağıma dair vəsiqəni təqdim etdilər. Oktyabrın 9-dan sonra təşviqat-təblığat kampaniyasını aparacağıq. 44 saylı dairənin ərazisi ilə yaxından tanış olmuşuq. BAXCP-nin Sumqayıt şöbəsinin geniş sosial bazasının mövcudluğu və özümün 20 illik seçki təcrübəm də imkan verir ki, çox əhatəli seçki kampaniyası aparaq. Bütün imkanlarımızı səfərbər edəcəyik. Dislokasiyaya uyğun bütün ərazilərdə görüşlər keçirməyi nəzərdə tutmuşuq. Nəzərə alın ki, builki parlament seçkiləri mənim deputatlığa namizəd kimi üçüncü seçkimdir. Böyük seçki təcrübəm var. 2010-cu il parlament seçkilərində 2-ci yeri tutmuşam. İndi də hədəfim 1-ci yerdir. Qanunun imkan veridyi bütün təblığat növlərindən istifadə edəcəm. Mən də BAXCP-ni parlamentdə təmsil etmək istəyirəm və bütün fəaliyyətimiz bu istiqamətdə olacaq".

Xatırladaq ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən bu günə qədər 11 namizəd qeydə alınıb. Qeydə alınanlar arasında Milli Məclsin depuatatı Hacı Salayev də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm