Türkiyə-Rusiya toqquşması: “Türk axını”nın taleyi necə olacaq?
Bizi izləyin

Nida.az

Türkiyə-Rusiya toqquşması: “Türk axını”nın taleyi necə olacaq?

Rusiyanın Suriyada hava əməliyyatlarına başlaması, həmçinin Türkiyə təyyarələrinə hücumundan sonra Ankara və Moskva arasında münasibətlərin düzəlməyəcək məcraya yönəldiyi məlumdur. Ən maraqlı məsələlərdən biri də “Türk axını” layihəsinin taleyinin necə olacağıdır.

Publika.az xəbər verir ki, Türkiyə tərəfi əvvəlcə enerji qiymətlərini əsas gətirərək layihəni təsdiqləməkdən imtina edirdi. Daha sonra layihə Moskvanın nəzərdə tutduğu müddətə - 2016-cı ilin sonuna kimi həyata vəsiqə ala bilmədi.

Rəcəb Tayyip Ərdoğanla Vladimir Putinin sonuncu dəfə Moskvada görüşündən sonra layihənin yenidən canlandığına dair fikirlər olsa da, hazırda Suriyada Ankara və Moskvanın üz-üzə gəlməsi bu gözləntiləri təxirə salır.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə jurnalistlərə açıqlamasında “Türk axını” layihəsinin reallaşmasında Türkiyənin dəstək verəcəyinə hələ də ümid etdiklərini bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm