
Prezident Administrasiyası rəhbərinin müavini, Xarici
əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropanın miqrant
siyasətini tənqid edib.
Publika.az xəbər verir ki, N. Məmmədov “Twitter”
hesabında bu barədə belə yazıb: “Görəsən, insan haqlarını qorumağı
özünə peşə seçən bu saysız-hesabsız beynəlxalq və digər qurumlar və
şəxslər niyə susurlar?! Bəzən bir adam haqqında dünyaya aylarla
bəyanatlar yayırlar, təbliğat aparırlar. Amma müharibə qurbanları
olan yüz minlərlə qaçqının taleyi ilə bağlı bir söz də
demirlər”.
Asif