YAP-dan sərt cavab: “Müsavat seçkiyə çox zəif hazırlaşıb”
Bizi izləyin

Nida.az

YAP-dan sərt cavab: “Müsavat seçkiyə çox zəif hazırlaşıb”

“Seçki prosesinə ən zəif hazırlaşan partiyalardan biri Müsavat Partiyasıdır”.

Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Müsavat Partiyası başqanı Arif Hacılının seçki ilə bağlı ittihamlarına cavabında deyib.

Onun sözlərinə görə, indiyə qədər Müsavatın seçki ilə bağlı hansısa seminarının, yaxud müşavirəsinin keçirilməsi haqda məlumatlar yayılmayıb: “YAP isə seçkiyə vaxtaşırı hazırlaşır və bunun haqqında daim ictimaiyyətə məlumat verir. Müsavat və bir sıra partiyalar hesab edirlər ki, seçki prosesi və hazırlıq iki aylıq müddətindədir. Halbuki, seçkiyə bütün dövr ərzində hazırlaşmaq lazımdır”.

A. Mirzəzadə qeyd edib ki, bütün dairələrdən namizəd irəli sürə bilməməsi Müsavat Partiyasının zəifliyinin göstəricisidir: “Digər tərəfdən, irəli sürdüyü namizədlərin əksəriyyətini cəmiyyət tanımır. Bir qismi isə ümumiyyətlə imza toplaya bilmədilər. Ona görə də cəmi 12 namizədi qeydə alındı. Hesab edirəm ki, Müsavat və digər partiyalar uğursuzluqlarını başqalarının üzərinə atmaq istəyirlər. Hamıda qüsur axtarır, ittiham edirlər, bircə öz zəif fəaliyyətlərinə baxmırlar”.

YAP rəsmisi əlavə edib ki, seçkiyə öncədən damğa vurmaq da zəiflik əlamətidir.

“Seçkiyə hazırlaşmaq, seçicinin qapısına qədər getmək, seçiləndən sonra nələr edəcəkləri haqda proqramları açıqlamaq əvəzinə, indidən qaralama kampaniyası aparırlar. Görünür, xaricdən onlara daxil olan bəyanatlar hazırdır. Seçkidən sonra altına imza qoyub yayacaqlar”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm