Rusiyanın Xəzərdə “əzələ nümayişi”: İŞİD niyə dənizdən bombalandı?
Bizi izləyin

Nida.az

Rusiyanın Xəzərdə “əzələ nümayişi”: İŞİD niyə dənizdən bombalandı?

“Rusiyanın Xəzərdəki hərbi donanması oktyabrın 7-də İŞİD-in Suriyadakı mövqelərini bombalayıb. Hədəfin hansı dərəcədə uğurla vurulduğunu demək çətindir. Hər halda, Rusiyadan başqa heç kim bunu təsdiq etmir. Digər tərəfdən, Xəzərdən bomba ataraq İŞİD-i məhv etməyin də mümkünsüz olduğu ortadadır”.


Publika.az xəbər verir ki, bu barədə politoloq Rasim Musabəyov deyib. Politoloqa görə, Rusiyanın məqsədi başqadır.


“Ehtimal ki, Moskva bununla həm Vaşinqtona, həm NATO-ya, həm də Yaxın Şərq ölkələrinə öz hərbi gücünü nümayiş etdirir. Eyni zamanda, rus hərbçiləri döyüş qabiliyyətini yeniləyir, eləcə də istifadə müddəti sona yaxınlaşan bombalar istifadə olunur. Məsələnin hərbi-texniki tərəfi haqda mühakimə yürütməyi öhdəmə götürmürəm. Lakin hərbi əzələyə gəlincə, diqqət çəkən başqa məqamlar da var. Belə ki, Türkiyə, ABŞ, həmçinin NATO-da güclü hərbi donanmaya malikdir. Aralıq dənizinin şimalındakı ABŞ donanması Rusiya donanmasından qat-qat güclüdür. Hiss olunur ki, Rusiya Antaliyada keçiriləcək G-20-lərin sammiti ərəfəsində təcrid olunmaq istəmir. Buna görə də Moskva Ukrayna ilə bağlı “Normand dördlüyünün” görüşündə bir az üzüyolalıq göstərdi. Digər tərəfdən, Suriyada əzələ nümayiş etdirdi. Vladimir Putinin nə qədər uğurlu olduğunu G-20-lərin sammitində görəcəyik. Lakin unutmaq lazım deyil ki, bu sammiti maliyyələşdirən və ev sahibliyi edən Rusiyanın Suriyada toqquşduğu Türkiyədir”, - deyə R. Musabəyov qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm